HƏMAS Qəzzanı təhvil verməyə hazırlaşır....
18.02.2025 [09:31]
İsrail və ABŞ-dan hansı addım gözlənilir?
Yaxın zamanda HƏMAS Qəzzadan geri çəkilə bilər - qeyd edək ki, HƏMAS hərəkatının rəhbərliyi Qəzza zolağını Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduqlarını bəyan edib. “Sky News Arabia” telekanalı bildirib ki, rəsmi Qahirə HƏMAS-ı Fələstin Azadlıq Təşkilatı ilə təmaslar qurmağa və Qəzzanı onun nəzarətinə verməyə vadar edir. Lakin HƏMAS da Qahirə ilə danışıqlarda bunun müqabilində bəzi şərtlər irəli sürüb - hərəkat yeni administrasiyada təmsil olunmaq və pensiya ödənişləri ilə təmin olunmaq istəyir.
Bəzi ekspertlərin fikrincə, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməsi o qədər də inandırıcı görünmür. Eyni zamanda onlar hesab edirlər ki, HƏMAS təkid etsə də, Misir və İordaniya Qəzza zolağının Fələstin hakimiyyətinin nəzarətinə keçməsinə çalışacaqlar, çünki hər iki ölkə bunda çox maraqlıdır. Ən əsas mübahisə isə Qəzzada Mahmud Abbas hakimiyyətinin bərqərar olunacağı təqdirdə, Netanyahu hakimiyyəti və Tramp administrasiyasının onunla bu bölgədə əməkdaşlıq etməkdə maraqlı olub-olmayacağı sualı ətrafında aparılır.
Ekspertlər onu da vurğulayırlar ki, Qəzzada hakimiyyət Fələstin Milli Administrasiyasının nəzarətinə keçsə belə, bu, bölgədə ciddi dəyişikliklərə gətirib çıxarmayacaq.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olması əslində ciddi məqamlardan xəbər verir: “Uzun illərdi ki, HƏMAS Fələstin Azadlıq Təşkilatından fərqli olaraq, İsrailə qarşı daha radikal mövqe sərgiləyir. Qəzza zolağına nəzarəti itirmək HƏMAS üçün böyük siyasi və hərbi itki deməkdir. Gorünür, son proseslər, eləcə də ciddi beynəlxalq və regional təzyiqlər HƏMAS-ı geri addım atmağa vadar edib. Lakin HƏMAS-ın dövlət qulluqçularının yeni administrasiyada yer alması və pensiya təminatı kimi tələbləri göstərir ki, o, Qəzzadan tam olaraq geri çəkilməyəcək, bu məsələdə daha çox güzəşt əldə etmək istəyir. Bu, həm də gələcəkdə onların təsirini qoruyub saxlaması üçün bir mexanizm ola bilər. Nəzərə almaq lazımdır ki, Qəzza zolağında HƏMAS-ın kifayət qədər nüfuzu qalmaqdadır”.
Misir və İordaniyanın marağı nədir?
“Misir və İordaniya isə əsasən, bölgədə sabitliyin qorunmasında maraqlıdırlar. Qəzza üzərində Fələstin Milli Administrasiyasının nəzarəti bərpa olunarsa, bu, Qahirə üçün təhlükəsizlik baxımından faydalı olacaq, çünki hazırda Misir öz ərazisi olan Sinay yarımadasında radikal islamçı qruplarla mübarizə aparır. HƏMAS-ın “İxvan” - Müsəlman Qardaşları təşkilatına bağlılığı səbəbi ilə Misirin mövcud iqtidarına müxalifət təşkil edir”. İordaniyaya gəlincə, V.Zifəroğlu qeyd edib: “İordaniya isə Fələstin məsələsində daha çox diplomatik oyunçu rolunda çıxış edir və Mahmud Abbas administrasiyasının güclənməsinə dəstək vermək istəyir”.
FMA Netanyahu üçün münasib ola bilər, amma.....
“Netanyahu hakimiyyəti üçün FMA-nın Qəzzaya nəzarəti bərpa etməsi, ilk baxışdan, HƏMAS-ın zəifləməsi kimi görünə bilər. Lakin İsrail üçün daha önəmli məsələ Fələstin dövlətçiliyinin əngəllənməsidir. O, FMA-nın güclənməsini istəməyə bilər, lakin HƏMAS-ı da özü üçün olduqca ciddi təhlükə kimi görür. Sözsüz ki, yaxın zamanda Baş nazir Benyamin Netanyahu buna öz münasibətini bildirəcək,” - deyə V.Zifəroğlu vurğulayıb.
Bəs, Tramp administrasiyası?
Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq siyasətində daha çox regionda İsrailin maraqlarını təmin etməyə çalışacaq: “Tramp administrasiyasına gəldikdə isə, onların əsas prioriteti İsrailin maraqlarına uyğun olan hər hansı razılaşmadır. Nəticə etibarı ilə HƏMAS-ın bu addımı müəyyən mənada daha çox taktik, gediş kimi görünür”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

