Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Politico”: Yens Stoltenberq Donald Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər

“Politico”: Yens Stoltenberq Donald Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər

09.12.2024 [19:56]

NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Şimali Atlantika Alyansının Vaşinqton üçün faydalı olduğuna inandıra bilər.

AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə NATO-dakı yüksəkrütbəli mənbəyə istinadla məlumat yayıb.

Bu səbəbdən ABŞ-ın gələcək liderinin mümkün hərəkətləri ilə bağlı NATO-nun narahatlığı bir qədər azalıb.

Qeyd edək ki, Donald Tramp əvvəlki prezidentlik dövründə NATO müttəfiqlərini ABŞ-ın alyansdan çıxa və üzv ölkələrə hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutan 5-ci maddə üzrə öhdəliklərindən imtina edə biləcəyi ilə hədələyirdi. İndi isə o, Senatın təsdiqi olmadan Birləşmiş Ştatların NATO-dan çıxmasını qadağan edən qanun layihəsinin təşəbbüskarı - senator Mark Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30