Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada neft emalı zavodunda partlayış: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

İtaliyada neft emalı zavodunda partlayış: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

09.12.2024 [17:29]

İtaliyanın “Eni” neft-qaz şirkətinin Florensiya əyalətinin Kalenzano şəhərindəki neft emalı zavodunda baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin itkin düşdüyü bildirilir.

İlkin məlumata görə, partlayış tankerlərə yanacaq doldurulan məntəqədə baş verib. Mülki müdafiə qüvvələri partlayışdan sonra zavodun anbarlarının birində baş verən yanğını söndürüb.

İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini faciədən dərin kədərləndiyini, hadisənin başvermə səbəblərinin diqqətlə araşdırıldığını bildirib.

Əraziyə cəlb olunan Toskana regionunun ətraf mühitin mühafizəsi üzrə agentliyinin texniki işçiləri geniş əraziyə yayılan qatı tüstünün potensial təsirlərini qiymətləndirirlər. Əhaliyə evlərinin və iş yerlərinin pəncərələrini daim bağlı saxlamaq və əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq olunub.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31