Aİ-nin agentliyinin hesabatında Avropada islamofobiya ilə bağlı həyəcan təbili çalınır
28.10.2024 [21:36]
Avropa İttifaqının (Aİ) Fundamental Hüquqlar Agentliyi (FRA) bildirir ki, İttifaqa üzv ölkələrdə müsəlmanların təxminən yarısı gündəlik həyatlarında ayrı-seçkilik və nifrət ritorikası ilə üzləşir.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, FRA-nın Aİ-yə üzv olan 13 ölkədə 9600 müsəlman iştirakçı ilə keçirdiyi “Avropada müsəlman olmaq. Müsəlmanların təcrübələri” adlı sorğu 2016-2023-cü illər arasında müsəlmanlara qarşı irqçilik və ayrı-seçkiliyin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Tədqiqatda qeyd olunur ki, diskriminasiya xarakterli siyasi kurs və hərəkətlər Avropa müsəlmanlarının gündəlik həyatının bütün aspektlərinə - məşğulluq, təhsil, mənzil və biznes sahələrinə mənfi təsir edir.
2021-ci ilin sentyabrından 2023-cü ilin oktyabrına qədər aparılan tədqiqatda Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, İspaniya və İsveç də daxil olmaqla Aİ-nin müxtəlif üzv dövlətlərində yaşayan müsəlmanlar iştirak ediblər. Məlum olub ki, hesabat dövründə Avropada irqçiliklə üzləşdiyini bildirən müsəlmanların nisbəti 39 faizdən 47 faizə çatıb. Ayrı-seçkilik halları ən çox Avstriya, Almaniya və Finlandiyada qeydə alınıb.
Hesabatda diqqətə çatdırılıb ki, müsəlmanların ən çox ayrı-seçkiliyə məruz qaldığı ölkələr Avstriya (71 faiz), Almaniya (68 faiz), Finlandiya (63 faiz), İsveç (22 faiz), İspaniya (30 faiz) və İtaliyadır (34 faiz).
Avstriya və Almaniyada irqçilik və ayrı-seçkiliyin artması bu ölkələrdə ifrat sağçı siyasətin böyüməsi ilə əlaqələndirilir. Tədqiqat müəllifləri qeyd edirlər ki, müsəlmanlar Avropada peşəkar və sosial həyatlarında müxtəlif statistik fərqlərə baxmayaraq, geyimləri, etnik kimlikləri və ya inancları ilə bağlı “həyəcanlı dərəcədə geniş yayılmış irqçilik dalğası” ilə üzləşirlər. Avropada doğulan müsəlmanların yarıdan çoxu iş axtarışları zamanı irqinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirirlər ki, bu da oxşar dil qabiliyyətləri və səriştələri olan şəxslərlə müqayisədə onlara bərabər münasibət göstərilmədiyini göstərir.
Hesabatda vurğulanır ki, hicab kimi dini simvollar taxan qadınlar xüsusilə işdə daha çox ayrı-seçkiliklə üzləşirlər; onların 45 faizi biznes mühitində ayrı-seçkiliyə məruz qalır ki, bu da 2016-cı ildəki 31 faiz göstəricisindən çoxdur. Müsəlman avropalılar həm də mənzil almaq və ya kirayə vermək istədikləri zaman çətinliklərlə üzləşirlər. İştirakçıların təxminən 35 faizi ayrı-seçkilik səbəbindən problem yaşadıqlarını bildirirlər. Halbuki, 2016-cı ildə belə şikayətlər cəmi 22 faiz olub.
Tədqiqat vurğulayır ki, çox az iştirakçı ayrı-seçkilik barədə səlahiyyətlilərə məlumat verməyin müsbət nəticələr verəcəyinə inanır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

