/ / TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul qurumları arasında təcrübə mübadiləsinə dair iclas keçirilib
TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul qurumları arasında təcrübə mübadiləsinə dair iclas keçirilib
09.02.2019 [10:45]
Fevralın 8-də Diasporla İş Üzrə Dövlət Komitəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramına dair iclas keçirilib. Komitədən qəzetimizə verilən məlumata görə, proqramda Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib.
Nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra toplantı öz işinə başlayıb.
Tədbiri açan Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan azərbaycanlılarla işin təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. F.Muradov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda türk dövlətləri və cəmiyyətləri rəhbərlərinin qurultayının, eləcə də digər önəmli tədbirlərin keçirildiyini, bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edildiyini xatırladıb. Türk Şurasına üzv ölkələrin diaspor sahəsində ortaq fəaliyyət planının tərkib hissəsi olan bugünkü tədbirin də ortaq maraq doğuran məsələlərdə əməkdaşlığın daha da gücləndirilməsinə, türkdilli diaspor şəbəkəsinin formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Bununla yanaşı, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin sədr müavini Abdulhadi Turus, səfir Erkan Özoral, Qazaxıstanın İctimai İnkişaf Nazirliyinin idarə rəisi Meiram İmanbayev və digərləri türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi, diaspor fəaliyyətinin daha səmərəli təşkili istiqamətində fikirlərini bölüşüblər.
TDƏŞ Baş katibinin müavini Ömər Kocaman gələcək planlar barədə danışaraq, 2019-cu il üçün nəzərdə tutulan layihələri açıqlayıb. Qeyd edib ki, 2019-cu ilin martında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin dəstəyi ilə Almaniya və ya Fransada fəaliyyət göstərən türkdilli diasporlar və vətəndaş cəmiyyətlərinin nümayəndələri, may ayının sonu - iyun ayının əvvəlində isə DİDK rəhbərliyi ilə ABŞ-dakı türkdilli diaspor üzvləri üçün təlimin keçirilməsi planlaşdırılır.
Tədbir TDƏŞ nəzdində diasporla iş üzrə Təmas Qrupunun 5-ci iclası ilə davam edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

