/ / Azər Badamov: Birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq
Azər Badamov: Birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq
01.05.2015 [10:11]
“Birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları, yaradılan infrastrukturu nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, siyasi inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək. Azərbaycanın tolerant yaşam tərzi, demokratik prinsiplərə əsaslanan idarəçiliyi, o cümlədən, ölkəmizdə bərqərar olan plüralizm bu gün bir sıra dövlətlərin nail ola bilmədiyi uğurlardır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu müniqşə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa auditoriyasına çatdırılması baxımından da olduqca əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib.
Millət vəkilinin sözlərinə görə, “demokratiya” pərdəsi altında milli dövlətlərə qarşı təzyiq kampaniyası həyata keçirən xarici imperialist güclər anlayırlar ki, birinci Avropa Oyunları Azərbaycandakı inkişafın əyani nümayişidir. Ona görə də, bu fakt onları çox narahat edir: “Erməni lobbisi, eləcə də, ABŞ-da yerləşən ermənipərəst transmilli qruplar Azərbaycanın sosial-iqtisadi üstünlüklər əldə etməsini, idman, incəsənət və başqa sahələrdə uğurlar qazanmasını həzm edə bilmir. Ölkəmizin belə bir yarışa ev sahibliyi etməsi beynəlxalq imicinin artması baxımından böyük dividendlər vəd edir. Ermənilərin və onların havadarlarının min bir fitnə və yalanla şər-böhtan kampaniyası aparmasının kökündə də məhz bu faktor dayanır. Amma bu qüvvələr hər zamankı kimi fiaskoya məhkumdurlar. Əminəm ki, birinci Avropa Oyunları olduqca yüksək səviyyədə keçiriləcək və bütün dünya böyük bir idman bayramı yaşayacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31

