/ / Radikal düşərgə təmsilçiləri ermənilərə xidmət edənlərin müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar
Radikal düşərgə təmsilçiləri ermənilərə xidmət edənlərin müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar
22.08.2014 [09:37]
Yaxud, dağıdıcılar yüzlərlə ananı gözüyaşlı qoyan Leyla Yunusova-Barseqyandan “məsum ana” obrazı yaratmağa çalışırlar
İllərdir ki, “vətəndaş cəmiyyəti” adı altında pərdələnərək Azərbaycana qarşı xəyanətkar fəaliyyət sərgiləyən, ermənilərin və digər anti-azərbaycançı mərkəzlərin sifarişləri ilə milli maraqlarımıza zidd mövqe nümayiş etdirən “beşinci kolon”un nümayəndələri artıq Azərbaycan cəmiyyətinin qarşısında ifşa olunurlar. Məsələn, uzun müddət analoji fəaliyyətlə məşğul olan Yunusovlar-Barseqyanlar ailəsi kimi...
Bu ailənin üzvlərinin - Leyla Yunusova-Barseqyanın, Arif Yunusov-Barseqyanın, Ramiz Yunusov-Barseqyanın illərdir ki, ermənipərəst dairələrə və ermənilərə, antimilli mərkəzlərə xidmət etməsi Azərbaycan cəmiyyətinə bəllidir. Son aylarda isə bu fakt bir daha qabarıq şəkildə öz təsdiqini tapdı. Belə ki, Leyla Yunusova və onun həyat yoldaşı Arif Yunusov ermənilərlə işbirliyində günahlandırılan Rauf Mirqədirovun işi ilə bağlı istintaqdan yayınaraq öz “qan qohumları” olan erməniləri ələ verməmək üçün hətta ölkədən qaçmağa belə cəhd göstərdilər. Amma alınmadı, onların cəhdləri boşa çıxdı. Və... Bundan yaxşı özünüifşa ola bilməzdi...
Radikal müxalifət düşərgəsi barseqyanları “müdafiə etmək” məcburiyyətində qalıb - çünki eyni dairələrə xidmət edirlər
Bəli, hər zaman erməni təəssübkeşi kimi tanınan, xarici anti-azərbaycançı mərkəzlərin layihələrində canfəşanlıqları ilə seçilən bu ailənin ermənipərəst mövqeyi, Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd hərəkətləri heç kimə sirr deyil. Daha doğrusu, ermənilərə genetik bağlılığı olan bu şəxslərin fəaliyyətində anti-azərbaycançılığın əsas xətt təşkil etməsi onların hansı arzu və istəkdə olduğunu açıq şəkildə deməyə əsas verir.
Müxtəlif dövrlərdə istər KİV-lərdə, istərsə də siyasi kluarlarda Arif-Leyla Yunusovlar-Barseqyanların ermənilərin xeyrinə hesablanan hərəkətləri, onların antimilli fəaliyyətləri ilə bağlı faktoloji yazılar dərc olunur, müzakirələr gedir. Yəni, “cidanı çuvalda gizlətməyin” mümkün olmadığı kimi, bu şəxslərin də ermənilərə işləməsi faktını təkzib etmək mümkün deyil. Amma deyəsən, bəziləri erməni “casuslarından” məsum portreti yaratmaq niyyətinə düşüblər...
Əslində, bu gün radikal müxalifət düşərgəsi bu xəyanətkar ailəni “müdafiə etmək” məcburiyyətində qalıb. Eyni mənbədən (erməni lobbisindən) maliyyələşən bu insanların eyni “ideyanın” daşıyıcısı olduqlarını nəzərə alsaq, yəqin ki, “müdafiə” əmri də pulu verən dairələrdən gəlib.
25 illik məntiqsiz “həbs gözləntisi” nəyin göstəricisidir?
Yeri gəlmişkən, “Azadlıq” qəzetində erməni gəlini Leyla Yunusova-Barseqyanın müdafiəsinə istiqamətlənmiş yazıda bu şəxsin yalanları bilmədən ifşa edilir. Orada qeyd edilir ki, L.Yunusova-Barseqyan “25 ildir ki, həbs olunmamı gözləyirəm” deyib. Ortaya maraqlı və cavabı gərəkən suallar çıxır. Yəni, 25 ildir öz həbsini gözləyən L.Yunusova-Barseqyanın niyə belə bir gözləntidə olması qəribədir, deyilmi?
Bəlkə, o, 1991-ci ildə Baltik ölkələrində cidd-cəhdlə ermənilərin müdafiəsinə qalxdığı və Azərbaycanı, guya “təmizləmə siyasəti” aparmaqda ittiham etdiyi zaman hürkübmüş? Yaxud, hələ o dövrlərdən ərinin qohumlarına xidmət göstərməyi qarşısına məqsəd qoyan L.Yunusova-Barseqyan sonrakı dövrdə də bu yola “sədaqət nümayiş etdirdiyi” üçünmü gözləyirmiş həbsini?
Maraqlıdır ki, L.Yunusova-Barseqyanın “25 illik” gözləntisi dövründə onun Müdafiə Nazirliyinin analitik-informasiya xidmətinin rəhbəri olduğu zaman da var. Demək ki, o, törətdiyi əməllərin, etdiyi xəyanətin hər an üstünün açılmasından qorxurmuş. L.Yunusova-Barseqyanın, o cümlədən, onun ərinin ermənilərlə işbirliyi haqqında istər KİV-lərdə, istərsə də siyasi kuluarlarda yetərincə məlumat var. Bu məlumatların birini belə təkzib edə bilməyən cütlük anlayırmış ki, onların ermənilərə yarınmaq üçün etdikləri qanunsuzluqlar, xəyanətlər də nə vaxtsa ifşa olunacaq.
Və ya... “Hüquq müdafiəçisi” pərdəsi altında gizləndiyi dövrdə onun həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində olması adi hal almışdı. Laura Baqdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaaqn Xaçatryan (İrəvanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndəsi), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Qarabağ separatçısı Samvel Babayan və digərləri L.Yunusova-Barseqyanın ən yaxın xəbər paylaşdığı insanlardan sayılırdı. Bəlkə də, bu səbəbdən L.Yunusova-Barseqyan dərk edirdi ki, onun xəyanətinin üstünün açılması an məsələsidir. Elə buna görə də, etiraf edirmiş ki, həbsini həsrətlə gözləyir...
Azərbaycan dövlətinə və xalqına xəyanət edən L.Yunusova-Barseqyan, görəsən, neçə ananı gözüyaşlı qoyub?
Beləliklə, yuxarıda da qeyd etdiyimiz kimi, radikal düşərgənin bu ermənipərəst cütlüyü müdafiə etməsi “qanunauyğun” bir haldır. Çünki eyni antimilli dairələrdən əmr alan və onlara xidmət göstərən bu kəsim “müdafiə”dən də pul “çıxarmaqda” mahirdirlər. Elə bir müddət öncə bu fikirlər radikal düşərgənin təmsilçiləri tərəfindən də təsdiqləndi. Belə ki, Ə.Kərimlinin həbs edilənlərin “müdafiəsindən” pul qopartmaq niyyəti ilə yararlandığı məhz AXCP-nin keçmiş müttəfiqləri tərəfindən bəyan edildi. Hər halda, bu da özlüyündə mühüm faktordur.
Amma radikal düşərgənin yüzlərlə ananın gözüyaşlı qalmasına səbəb olan L.Yunusova-Barseqyandan “məsum ana” obrazı yaratmaq niyyəti gülünc bir arzudur. Çünki bir müddət öncə KİV-lərdə maraqlı məlumatlar yayılırdı. Həmin məlumatlarda qeyd edilirdi ki, L.Yunusova-Barseqyan Müdafiə Nazirliyinin analitik-informasiya xidmətinə rəhbərlik edən zamanlarda hərbçilərimizin hazırladıqları hərbi əməliyyatlar barədə məlumatların ermənilərə ötürülməsi faktları aşkarlanırdı. Məsələn, L.Yunusova-Barseqyan o zamanlarda Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutulmuşdu, hərbçilərimizin xeyli itki vermişdi. L.Yunusovanın Müdafiə Nazirliyi analitik-informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş vermişdi.
Hələ bilmək olmaz ki, sonradan L.Yunusova-Barseqyan öz şəriki Laura Baqdasaryana hansı informasiyaları ötürüb və bu səbəblə də cəbhə xəttində neçə igidimiz can verib. Bu gün L.Yunusova-Barseqyanın “məsum ana” obrazını cızmağa çalışanlar dərk etmirmi ki, bu xəyanətlər ucbatından Azərbaycanda neçə ana gözüyaşlı qalıb? L.Yunusova-Barseqyan baiskarı olduğu bu anaların göz yaşının cavabını verə bilərmi?...
Onu da qeyd edək ki, vaxtilə bu erməni əsilli insanların bilə-bilə hakimiyyət olimpində təmsil olunmasına yardım edənlər, onları öz komandalarının üzvünə çevirənlər bu gün də onları “müdafiə” etməyə cəhd göstərirlər. Lakin, istər müharibə dövründə, istərsə də atəşkəs dövründə ermənilərə qulluq göstərən, hər zaman milli-mənəvi dəyərlərimizi, dilimizi aşağılayan L.Yunusova-Barseqyanın bu “məsum portreti” insanda yalnız ikrah hissi oyada bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

