İlham Əliyev – Azərbaycan xalqının, həm də bütün dünya azərbaycanlılarının seçimidir!
02.10.2013 [10:17]
Azərbaycanda prezident seçkilərinə sayılı günlər qalır. Seçki Məcəlləsinin tələblərinə müvafiq qaydada təbliğat-təşviqata başlayan ayrı-ayrı siyasi qüvvələr öz namizədlərini diqqət mərkəzinə gətirməyə çalışırlar. Lakin bütün bunların fonunda Prezident İlham Əliyevin seçki kampaniyası daha parlaq və uğurlu olması ilə seçilir. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə olan inamını və dəstəyini nümayiş edirir, könüllü şəkildə təbliğat işi aparırlar. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki kampaniyasının təkcə Azərbaycan coğrafiyası ilə məhdudlaşmadığını da müşahidə etmiş oluruq. Yəni, bütün KİV-lərdə hər gün xarici dövlətlərdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Azərbaycanın növbəti 5 illikdə də rəhbəri olmasını arzuladıqlarını dilə gətirirlər. Təbii olaraq, bu cür yüksək dəstəyin olması da səbəbsiz deyildir. Çünki İlham Əliyev hələ 2003-cü ildə ölkə başçısı seçilərkən, demişdi ki, O, hər bir azərbaycanlının Prezidenti olacaq. Məhz ötən 10 il ərzində Prezident praktik fəaliyyətilə nəinki Azərbaycanı qüdrətli dövlətə çevirdi, hətta azərbaycanlıların planetar miqyasda güclü, intellektual, kreativ və milli maraqlarını müdafiə etməyi bacaran xalq olduğunu sübut etdi. Bu məqamda çox təbiidir ki, Prezident İlham Əliyevin diaspora siyasətindən söz açmaq yerinə düşər.
“Hücum diplomatiyası” – İlham Əliyevin yeni xarici siyasət konsepsiyası kimi
Qeyd olunması zəruridir ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması son 10 ildə Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri oldu. 16 mart 2006-cı və 2011-ci illərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultaylarında Prezident İlham Əliyev bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyanın dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirdi. 
Məhz “hücum diplomatiyası”nı irəli sürən Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində Azərbaycan diaspora təşkilatları vasitəsi ilə xarici ölkələrdə 2 mindən artıq tədbir keçirilib ki, bunlardan minə yaxını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edib. Bu illər ərzində xarici ölkələrin ictimai-siyasi xadimləri, siyasi partiyaları, dövlət orqanları, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xidmət edən onlarla tədbir həyata keçirilib. 
Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının da bu prosesdə iştirakı intensiv xarakter alıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, bukletlərin Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, həmçinin, yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən oldu. Hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyevdə və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirilir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. Bu illər ərzində, həmçinin, Azərbaycan diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edildi, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirildi.
Son 10 il ərzində İlham Əliyev diaspor quruculuğu işini keyfiyyətcə yeni müstəviyə qaldıraraq Ermənistanın təcavüzkar siyasətinin, Xocalı soyqırımının tanınması istiqamətində istər diaspor, istərsə də Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar tərəfindən davamlı işlər apardı. Məhz, bu mühüm işlərin nəticəsi olaraq, bir çox dövlətlərdə Xocalı faciəsinə rəsmi münasibətlər bildirildi, soyqırımı rəsmən tanıyan ölkə parlamentlərinin, ayrı-ayrı özünüidarəetmə orqanlarının, müxtəlif şəhərlərin qanunverici orqanlarının sayı get-gedə artdı. Əlbəttə ki, bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz onun rəhbərliyi ilə başlanmış “Xocalıya ədalət” kampaniyası qısa müddət ərzində bütün dünya ölkələrində paytaxtlarında böyük rezonansa səbəb oldu. Bütün dünya Xocalı soyqırımı haqqında reallığı çılpaqlığı ilə öyrənmiş oldu. 
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması üçün tarixi addımlar atıldı
Son 10 il ərzində Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsi, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsi, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsi, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsi də əsas yer tutdu. Dövlət başçısı 2004-cü il iyulun 27-də diplomatların iştirakı ilə Xarici İşlər Nazirliyində keçirilən toplantıda diaspor quruculuğu fəaliyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkdi, zəruri tapşırıq və tövsiyələrini verdi, bu prosesin ideoloji-siyasi konturlarını müəyyənləşdirdi. Prezident İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yaradıldı. Belə bir komitənin yaradılması ilə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülmüş işlər daha da sürətləndirildi. Elə bütün bunların nəticəsində son illər milli diaspor quruculuğu sahəsində uğurlu nəticələr əldə edildi. 
Müxtəlif ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsi, çevikliyinin artırılması, bu təşkilatların vahid mərkəz ətrafında birləşdirilməsi prioritet məqsədlərdən biri kimi qəbul edilərək bu istiqamətdə müvafiq addımlar atılıb. 
Müqayisə üçün bildirək ki, 2002-ci ildə xaricdəki həmvətənlərimizi birləşdirən 11 yeni təşkilat yaradılmışdısa, sonrakı illərdə bu sahədə dinamik artım müşahidə olundu və 2003-cü ildə 28, 2004-cü ildə 31, 2005-ci ildə isə 34 yeni diaspor təşkilatı yaradılaraq diaspor təşkilatlarının sayı 312-yə çatdırıldı. Ümumiyyətlə, son 10 il ərzində diaspor quruculuğu sahəsində həyata keçirilən davamlı fəaliyyətin nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində hər il onlarla azərbaycanlı icması yaradıldı, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 433-ü ötdü. 
Hazırda isə bir ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi başlanıb. Ukrayna və Rusiyada baş tutan bu prosesin ardınca, 2004-cü ildə 18 icma və təşkilatı birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirildi, 2005-ci ilin aprelində isə Kanadada Azərbaycan Təşkilatları Federasiyası yaradıldı. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları Konqresinin təsis edilməsi isə soydaşlarımızın artıq qitə miqyasında təşkilatlanmağa başlamalarının göstəricisi idi. 
Bununla da, Prezident İlham Əliyevin 2003-2013-cü illərdə diaspor quruculuğu sahəsində gördüyü işlər nəticəsində mütəşəkkil qüvvəyə çevrilən soydaşlarımız hüquq və azadlıqlarının qorunması, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördükləri işlərlə yanaşı yaşadıqları ölkələrin ictimai-siyasi həyatında da fəal rol oynamağa başladılar. 
Milli-mənəvi dəyərlərin qorunması milli kimliyimizi təsdiqlədi
Prezident İlham Əliyevin dünya azərbaycanlılarının milli kimliyinin təsdiqlənməsi istiqamətində atdığı ən mühüm addımlardan birini də, məhz xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin qorunub saxlanılması və yeni nəslin bu işə qoşulmasına xüsusi diqqət yetirilməsi idi. 
Məlumat üçün bildirək ki, son 10 ildə Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsi ilə dilimizi qoruyub saxlamaq, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin öz tarixi köklərinə mənəvi-psixoloji bağlılığını möhkəmləndirmək üçün əhəmiyyətli işlər görüldü. Bu məqsədlə azərbaycanlıların kompakt halında yaşadığı ərazilərdə ana dilimizin tədris olunduğu məktəblər açıldı və həmin məktəblər dərs vəsaiti ilə təmin olundu. 
Dilimizin təbliği və tədrisi sahəsində real irəliləyişlərə nail olmaq üçün xaricdəki ana dili kurslarının Azərbaycan dilində bədii ədəbiyyatlarla, dərs vəsaitləri ilə, müxtəlif səpkili kitablarla təmin olunmasına Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, ictimai qurumlar, eləcə də, dövlət orqanları cəlb olundu. 
Bu işlər sırasında xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini, mədəniyyətini, tarixini və ənənələrini tədris edən “bazar günü” məktəblərini xüsusi qeyd etmək lazımdır. 
Məhz Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin qorunub saxlanılması istiqamətində fəaliyyəti nəticəsində hər il xarici ölkələrdə ana dilində təhsil verən məktəblər açılır və mütəmadi olaraq fəaliyyət göstərən bu məktəblərin birgə tədris proqramları, metodik vəsaitlər, dərsliklərlə təminatı gücləndirilir, soydaşlarımızın övladları ana dili, ədəbiyyat, tarix və mədəniyyətlə bağlı ədəbiyyatla təmin olunur. Bu da öz növbəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın öz doğma dilini unutmamasına, uşaqların ana dilində təhsil almasına imkan verir. 
Zəngin mədəni irsimiz dünyanın diqqət mərkəzindədir
Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti sırasına, həmçinin, dünyanın diqqətini Azərbaycanın zəngin mədəni irsinə cəlb etmək də daxildir. Prezident İlham Əliyev hakimiyyətdə olduğu 10 il ərzində mütəmadi olaraq diaspor nümayəndələri ilə görüşlərində milli-mənəvi dəyərlərimizin qorunması və zəngin mədəni irsimizin dünyaya çatdırılması üçün bütün imkanlardan səmərəli istifadə etmək barədə tövsiyələr verdi. Bu işdə isə, həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətlərini də vurğulamaq lazımdır. Məhz Mehriban xanım Əliyevanın dəstəyilə Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi dəyərlərinin, qədim mədəniyyətinin, zəngin irsinin təbliğ olunması, o cümlədən Azərbaycan tarixində mühüm silinməz izlər buraxmış görkəmli şəxsiyyətlərin yad edilməsi məqsədilə bir sıra mühüm tədbirlər, konsert proqramları təşkil edildi, milli kinomuzun və teatrımızın təbliği məqsədinə xidmət edən yüzlərlə mədəni-kütləvi tədbirlər həyata keçirildi. Elə bu il ərzində dünyanın ən böyük və qüdrətli ölkələrinin - ABŞ-ın, Rusiyanın, Fransanın, Almaniyanın, İtaliyanın paytaxtlarında və bir sıra iri şəhərlərində keçirilmiş mədəniyyət günləri Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi misilsiz işlər sırasına daxildir. 
Bununla yanaşı, dövlətin diaspora siyasəti çərçivəsində bu gün dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın təşəbbüsü ilə “Azərbaycan Evi” açılır ki, bu da ölkə mədəniyyətinin və tarixinin mərkəzləşdirilmiş şəkildə təbliğində əhəmiyyətli rol oynayır. “Azərbaycan Evi”ndə xalqımızın mədəni irsi, tarixi ənənələri, ictimai-siyasi və mədəni həyatı ilə bağlı kitablar, klassik ədəbiyyatımızın ən sanballı nümunələri, qiymətli incəsənət əsərləri və digər eksponatlar nümayiş etdirilir.
Eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycanın milli bayramları həmişə xüsusi təntənə ilə qeyd edilir. Azərbaycan diasporunun rolu nəticəsində dəfələrlə dünyanın bütün ölkələrində milli bayramımız olan Novruza həsr olunmuş tədbirlər keçirilib, Novruz bayramının Azərbaycanla tarixi bağlantısı və onun qeyd edilməsinə dair informasiyalar verilib. Belə tədbirlərdə iştirakçılara Azərbaycan musiqisi və milli mətbəximizin nümunələri təqdim olunub. 
Beləliklə, son 10 il ərzində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və dövlət səviyyəsində həyata keçirilən silsilə tədbirlər nəticəsində milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yeni mərhələyə qədəm qoydu. Muğam və aşıq sənəti, Novruz bayramı, xalça sənətimiz UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi-Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi. 
Göründüyü kimi, idarəçiliyinin 10 ilində Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirməklə yanaşı, xalqımızın dünyada sayılıb-seçilmək kimi arzularını da reallığa çevirdi. Elə bütün bu səbəblərdəndir ki, cənab İlham Əliyev bu gün təkcə Azərbaycanda yaşayan insanların deyil, bütün dünyadakı azərbaycanlıların seçimidir. Prezident İlham Əliyevə olan bu ümummilli sevgi, inam və ehtiram əsas verir ki, O, növbəti dəfə də Azərbaycanın rəhbəri seçilsin. Bununla da, Azərbaycanın dinamik və dayanıqlı inkişafı davamlı olsun, dünya azərbaycanlılarının fəxr etdiyi Azərbaycan dövləti daha da möhkəmlənsin, beynəlxalq arenada öz sözünü desin.
Hüseyn Paşayev,
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri
Xəbər lenti
Hamısına bax 
                    Dünya
01 Noyabr 17:41
 
                    Dünya
01 Noyabr 16:29
 
                    Dünya
01 Noyabr 15:37
 
                    Sosial
01 Noyabr 14:19
 
                    Dünya
01 Noyabr 13:45
 
                    YAP xəbərləri
01 Noyabr 13:28
 
                    Gündəm
01 Noyabr 12:48
 
                    İqtisadiyyat
01 Noyabr 12:31
 
                    Siyasət
01 Noyabr 12:19
 
                    İqtisadiyyat
01 Noyabr 11:57
 
                    Xəbər lenti
01 Noyabr 11:46
 
                    Gündəm
01 Noyabr 11:44
 
                    MEDİA
01 Noyabr 11:42
 
                    Siyasət
01 Noyabr 11:28
 
                    Analitik
01 Noyabr 10:53
 
                    Siyasət
01 Noyabr 10:38
 
                    Sosial
01 Noyabr 10:16
 
                    Analitik
01 Noyabr 09:52
 
                    Analitik
01 Noyabr 09:35
 
                    Sosial
01 Noyabr 09:13
 
                    MEDİA
01 Noyabr 08:59
 
                    Ədəbiyyat
01 Noyabr 08:24
 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş | 
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 
| 30 | 
 
                             
                    
 
                        