Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycan Ordusu maddi-texniki təchizatı, nizam-intizamı, həmçinin, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur

Azərbaycan Ordusu maddi-texniki təchizatı, nizam-intizamı, həmçinin, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur

07.08.2013 [09:09]

Prezident İlham Əliyev: Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır
Məlum olduğu kimi, torpaqlarımızın 20 faizinin işğal altında olması Azərbaycanın təhlükəsizliyinin təminatı kimi güclü milli ordunun mövcudluğunu zəruri edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ilk növbədə milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Artıq qeyd etdiyimiz kimi, müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Müstəqillik dövründə hərbi sahədə həyata keçirilən köklü islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Respublikamızda bu il və ondan öncə baş tutan hərbi paradlar da bir daha bunu sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək güdrətinə malikdir. Bu gün beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır.
Bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, onun hərbi sistemi də paralel surətdə güclənir. Yəni, ilbəil dövlətin ölkədə hərbi sahənin inkişafına ayırdığı vəsaitin həcmi artırılır. Belə ki, son 8 ildə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2011-ci ildə bu rəqəm 3 milyar 413 milyon olub. 2012-ci ildə orduya aid xərclərin ötən illə müqayisədə bir qədər də artırılması, daha dəqiq desək, 3 milyard 474 milyon dollara çatdırılması müvafiq istiqamətdə əldə olunan uğurların miqyasını, heç şübhəsiz, daha da genişləndirib. Cari ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi isə 4 milyard manata yaxındır.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev daha öncə bəyan etmişdi ki, Azərbaycanın hərbi büdcəsini Ermənistanın ümumi büdcəsindən daha artıq olmasını təmin edəcək və buna nail olunub. Müqayisə üçün bildirək ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi xərcləri ölkəmizin 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 4,3 dəfə azdır. Bu il Ermənistanın hərbi büdcəsi 451 milyon dollar civarında nəzərdə tutulub. Azərbaycanın 2013-cü il dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat (1 milyard 947 milyon 238 min dollar) vəsait ayrılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti dövlət büdcəsindən bu il ümumilikdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 2 milyard 910 milyon 656 min manat (3,7 milyard dollar) ayırıb. Bura əlavə investisiyalar, Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) ayrılan vəsaitlər də daxildir.
Milli Ordunun maddi-texniki bazasının yerli məhsul hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi Azərbaycanda güclü hərbi sənaye kompleksinin bazasının daha da möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb. 2013-cü ilin birinci yarısında isə nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.
2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla davam etdirilir.
Cari ildə Prezident İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2 yeni istehsal sahəsinin - “Şərq” İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olub. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.
Vurğulamaq lazımdır ki, ilk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirlyi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2013” sərgisində 130 adda məmulatla təmsil olunub. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahları, mühəndis texnikasının və s. adını çəkmək olar. Ötən sərgilərdə olduğu kimi, “İDEF-2013” sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Eyni zamanda, Azərbaycanda silah və texnikaları sınaqdan keçirmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ən müasir Sınaq Mərkəzi yaradılır. Sınaq-test mərkəzində yerli istehsal olan silahlar, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar yoxlamalardan keçiriləcək, Mərkəzin ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriyasında dəqiq diaqnozlar qoyulacaq. Digər mühüm məqam isə ondan ibarətdir ki, NATO standartlarına cavab verən mərkəzdə gələcəkdə müraciət əsasında digər dövlətlərə məxsus şirkətlər də öz məhsullarının testlərini apara biləcəklər.
Beynəlxalq əməkdaşlığa önəm verilən ordumuzda tədrisin NATO standartları səviyyəsinə çatdırılması da artıq öz bəhrəsini verir. Azərbaycan dünyanın ən böyük hərbi strukturu sayılan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi kimi iki böyük proqram üzrə ciddi əməkdaşlıq edir. Dövlət tərəfindən 30-dan çox ölkə ilə hərbi əlaqələrin normativ hüquqi bazasını təşkil edən saziş və memorondumlar, o cümlədən, müxtəlif əsas sənədlər imzalanıb, bir o qədər də ölkə ilə analoji sazişin imzalanması istiqamətində layihələrin müzakirəsi aparılır.
Beləliklə, deyilənlər, eləcə də, Bakıda Azadlıq Meydanında keçirilən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad bir daha təsdiq etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri onun keçmiş Sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biridir. İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev keçirilən möhtəşəm hərbi paradı Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirib. Bildirib ki, paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləmişdir və qürur hissi keçirmişdir ki, bizim belə güclü imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu günə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır”.
SEVİNC

Paylaş:
Baxılıb: 1838 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30