Radikal düşərgə Dağlıq Qarabağ adı altında manipulyasiya edir
10.04.2013 [16:34]
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı xarici anti-azərbaycançı mərkəzlərdən aldığı göstərişləri “demokratiya” pərdəsi altında gizlətməyə çalışır
Bir sıra xarici anti-Azərbaycan mərkəzlərindən maliyyə dəstəyi alan radikal müxalifət düşərgəsinin əməlləri o qədər ifşa olunub ki, artıq onlar xarici əmrlərlə oturub-durduqlarını inkar etmirlər. Belə demək mümkündürsə, düşərgə təmsilçiləri hətta siyasi etikanı, əxlaqı da bir kənara qoyaraq “kimin adamı” olduqlarını, “kimə işlədiklərini” aşkar şəkildə büruzə verirlər. Təbii ki, bir müddət öncəyə qədər bu məsələni gizli saxlayan radikalların bütün gizlinlərinin ortaya çıxmasında da düşərgə təmsilçilərinin özləri günahkardır. Bunun bir səbəbi də qısaca olaraq tamah adlanır ki, məhz puldan ötrü radikal düşərgə xarici dairələrin heç kimə göstəriş verə bilməyən nümayəndələrinin qarşısında da “ləbbeyk” dururlar. Hətta bəzi məqamlarda düşərgə daxilindən bununla fəxr edənlər də tapılır.
Belələri mətbuata çıxıb hansı “qüvvənin” dəstəyi ilə hərəkət etdiklərini bildirməkdən belə çəkinmirlər. Təbii ki, nəzərə alsaq ki, müxalifət özü demokratiyanın bir göstəricisi sayılır, o zaman radikal düşərgənin özünü bu vəziyyətə salması olduqca utancverici bir haldır. Çünki bu, özlüyündə müstəqil dövlətin ictimai-siyasi münasibətləri baxımından normal sayıla bilməz. O deməkdir ki, xaricdən alınan maliyyə dəstəyi həmin radikal müxalifətin əli ilə ölkədaxili münasibətlərdə antaqonizm, xaos, anarxiya yaradılması, eyni zamanda, ölkədəki sabitliyi pozmaq üçün xarici anti-Azərbaycan mərkəzlərin bir faktor kimi iştirakının təmin edilməsi istiqamətinə hədəflənib. Bu isə normal bir hal deyil və bunun arxasında olduqca qorxulu tendensiyalar yatır. Bu cür insanların milli maraqları satması və bununla öyünmək cəhdi milli mentaldan, siyasi əxlaqdan kənardır.
Təəssüf ki, radikal düşərgə daxilində belə insanlar çoxdur. Belə görünür ki, öz siyasi partiya rəhbərliyindən dərs alan belələri fəaliyyətlərini birmənalı şəkildə bu istiqamətə yönəltməyə çalışırlar.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da son zamanlarda məhz “yaşıl işıqla” “siyasi poliqonda” irəliləmək arzusuna düşüb. Maraqlıdır ki, həm F.Qəhrəmanlı, həm də radikal düşərgənin digər təmsilçiləri xarici ölkələrdə hər hansı bir təşkilatın vəzifə səlahiyyəti baxımından ən adi bir məmurunun köməkçisinin müavini ilə görüşü belə ciddi bir rezonans kimi təqdim etməyə çalışırlar. Onlar belə görüşlər vasitəsilə guya hansısa dəstək əldə etdiklərini ortaya qoymağa, hakimiyyətə gəlmələri üçün onlara kömək edilməsi ilə bağlı utopik nağıllar uydurmağa çalışırlar.
Ən acınacaqlısı isə odur ki, belə insanların ifadə etdiyi fikirlərə nəzər yetirdikdə onların bəlli bir qrupu təmsil edə bilmədikləri kimi, müəyyən intellektual məntiqə, biliyə də malik olmadıqları da ortaya çıxarır. Məsələn, bir müddət öncə ABŞ-a səfər edən və bu səfərini şişirdib partlatmağa çalışan F.Qəhrəmanlı iddia edir ki, ona ABŞ-da hansısa məmurun köməkçisinin, müavini və hətta onun köməkçisi deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanda demokratik hakimiyyət formalaşdıqdan sonra həll ediləcək. Göründüyü kimi, hər zaman Dağlıq Qarabağ kartını öz siyasi manipulyasiya alətlərinə çevirənlər yenə eyni yolla gedirlər. Amma burada bir məsələ də var.
Ya, Fuad Qəhrəmanlı o qədər məntiqsiz və ya siyasi cəhətdən səbatsızdır ki, bunun mahiyyətini dərk edə bilmir. Ya da dərk edirsə, bu fikirlə qeyd olunduğu kimi, manipulyasiyaya yol verir. Uzağa getmədən, elə öz regionumuzdan çəkə biləcəyimiz bir misal bunu sübut edir.
Daha dünənə qədər, Gürcüstanı Azərbaycandan daha demokratik hesab edən, Saakaşvilini tərifləyib demokratikliyini göylərə qaldıran adamlar, o cümlədən, Fuad Qəhrəmanlı, görəsən, həmin amerikalı məmura sual verməyiblər ki, əgər Gürcüstanda “demokratik ölkə” qurulmuşdusa, Saakaşvili də onların təbirincə desək, Qərbin adamı idisə və üstəlik həmin Qərb də “demokratik ölkələrin” problemlərinin həllinə yaxından kömək edirdisə, niyə bəs, həmin “demokratik lider”in dövründə Gürcüstan yenidən işğal edildi? Hər kəsə bəllidir ki, işğalçı qoşunlar Tbilisinin bir neçə km.-liyinə qədər irəliləmişdilər. Düzdür, həmin qoşunlar sonradan geri çəkildilər, amma bununla belə Abxaziya, Şimali Osetiya tamamilə Gürcüstandan qoparıldı və bir neçə ölkə tərəfindən tanındı. Görəsən, buna nə ad qoymaq olar, Fuad Qəhrəmanlı? Və ya ABŞ-da oturub Dağlıq Qarabağ münaqişəsinin həlli “reseptini” Fuad Qəhrəmanlıya ötürən həmin amerikalı “politexnoloq” niyə demokratik dünyanın “demokratik Gürcüstanın” eyni motivli problemini həll etmədiyinin səbəbini söyləmir?
Görünən isə odur ki, yenə də ortada ziddiyyətlər at oynadır. Bu səbəbdən də, elə Fuad Qəhrəmanlı kimi siyasi prosesləri təhlil etməyi bacarmayan, baş verən siyasi proseslərin məntiqini dərk etməyən, dünya siyasətini müəyyənləşdirən hegemon güclərin maraqlarını qavramağa idrakı çatmayanların qlobal problemlərdən danışması gülünclük doğurur. Təbii ki, istər Fuad Qəhrəmanlının, istərsə də digər radikal düşərgə təmsilçilərinin belə manipulyasiyaları xalqa bəllidir. Azərbaycan xalqı kifayət qədər intellektual, müdrik və ağıllı xalqdır. Onlar bilirlər ki, Fuad Qəhrəmanlı, onun sədri və ya bir başqası nə demək istəyir. Belə sərsəm, səbatsız, siyasi cəhətdən bərbad fikirlərdən sonra da gəlib xalqdan səs istəyirlər... Bəs bunun adını nə qoyasan, axı?
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

