Bakıda COP29 İnformasiya mərkəzləri fəaliyyətə başlayacaq
25.10.2024 [15:48]
Qarşımızda duran ən vacib missiyalardan biri COP29-un ən yüksək səviyyədə təşkil olunmasıdır. Məlumdur ki, hər bir tədbir iştirakçısı, eyni zamanda, şəhərimizin qonağı və ziyarətçisi olacaq. Buna görə də ziyarətçi təcrübəsinin də COP29 Azərbaycan Əməliyyat Şirkətində çox böyük önəmi var. Bununla bağlı Əməliyyat Şirkətində komitə yaradılıb. Aidiyyəti şöbələr həmin komitədə iştirak edərək, ziyarətçi təcrübəsinin tədbir müddətində daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atırlar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov deyib.
Tədbir üçün müəyyən marşrutlar üzrə xüsusi avtobusların hərəkət edəcəyini xatırladan İ.Cavadov deyib: “Həmin avtobusların dayanacaqlarının ziyarətçilər tərəfindən tapılması, eyni zamanda, məkandan otellərə istiqamət alması üçün müvəqqəti istiqamətverici işarələrin yerləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, hava limanı və metronun “Koroğlu” stansiyasının ərazilərində müəyyən istiqamətverici və məlumatverici işarələr yerləşdiriləcək. Bunlar bilavasitə ziyarətçilərə axtardıqları məkanı daha tez və rahat tapmasına şərait yaradacaq.
Digər tərəfdən tədbir məkanının özündə də müəyyən naviqasiya həllərinin yaradılması məqsədilə işlər davam edir. Məlumdur ki, Bakı Olimpiya Stadionunun ətrafında xeyli sayda müvəqqəti tədbir əraziləri yaradılıb. Yeni yaradılan məkanların ziyarətçilər və tədbir iştirakçıları tərəfindən tapılması üçün rəqəmsal xəritə ərsəyə gətirilib. Tədbir iştirakçıları A nöqtəsindən B nöqtəsinə getmək üçün həmin xəritə vasitəsilə marşrutu izləyərək məkanı tapa biləcəklər”.
İlkin Cavadov əlavə edib ki, bir çox brendinq işləri də görülür. Mövcud reklam qurğularında, işıq dirəklərində bayraqların yerləşdirilməsi, müəyyən məkanlarda instalyasiyaların qurulması, həm tədbir məkanının ətrafında, həm də şəhərin mərkəzində, həm də COP29 xüsusi marşrut avtobuslarının üzərində müəyyən brendinqlərin yerləşdirilməsi nəzərdə tutulub. Hazırda brendinq elementlərinə şəhərdə rast gəlmək mümkündür.
“Digər tərəfdən, ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və ziyarətçilərin rahatlığının təmin olunması məqsədilə şəhərdə 9 turizm informasiya mərkəzinin COP29 İnformasiya Mərkəzi kimi eyni anda fəaliyyətə başlaması gözlənilir. Həmin mərkəzlər noyabrdan etibarən 7-si şəhər ərazisində, ikisi hava limanında - “Terminal 1” və “Terminal 2”-də olmaqla fəaliyyətə başlayacaq", - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

