Hər Məkanın Qəhrəmanı - Nissan Patrol Avropa Rallisində
04.08.2015 [15:26]
Nissan ralli ustası Emil Kneisser ilə İtaliya Baja Rallisində yüksək nəticə göstərməklə Avropa kampaniyasına start vermişdir.
İtaliya Baja ölkələrarası FİA Dünya Kubokunun beşinci raundudur və bu tədbirdə T2 kateqoriyası üzrə Nissan sürücüləri mükəmməl performans göstərmişlər. Livanlı Kneisser üçüncü, Patrol sürücüsü Denis Berekovski isə ikinci olmuşdur. Kiçik qəza və avtomobilin təkərinin deşilməsi baş verməsəydi, Kneisser birinci ola bilərdi.
İtaliya rallisində 12-si T2 kateqoriyasında olmaqla, əlli avtomobil yarışırdı.
Yarış zamanı kiçik bir hadisə yaşayan Kneisser və onun köməkçisi Alex Komzic qeyd ediblərki, Nissan Patrol yarış zamanı sərt yol şəraitində 1000 km yol qət etməklə, bir daha hər məkanın qəhrəmanı olduğunu sübut etmişdir.
"Nissan Patrol gözlənildiyi kimi, bütün çətinlikləri asanlıqla dəf etdi. Belə ki, siz istər beton yolda, istərsə də səhrada olun, Nissan Patrol-un sükanı arxasında oturan zaman ən yüksək səviyyədə yarışacağınıza inanacaqsınız. Kneissner qeyd etmişdir. - Bu, mənim ilk Avropa rallimdir, ona görə də, daha çox püxtələşmək istərdim. Komandam, Nissan Patrol və Nissanın Yaxın Şərq üzrə nümayəndəliyi məni çox dəstəkləyir. İlk yarışdan razı qaldıq, ancaq məncə ən yaxşısı hələ irəlidədir".
Nissan-ın Yaxın Şərq üzrə idarəedici direktoru Samir Cherfan Kneisserin və Nissan Patrol-un son Baja çıxışından sonra öz heyrətini gizlətməyib: "Bu, Avropa debütündə Emil Kneisser üçün ən yaxşı başlanğıcdır. O, Yaxın Şərqdə artıq öz sözünü deyib və belə görünür ki, Avropada da eyni uğuru qazanacaq. İtaliyadakı yarış başlanğıcdır, onun karyerası çiçəklənməkdə davam edir. Nissan onun hər addımını dəstəkləyəcək".
Ölkələrarası FIA Dünya Kuboku bütün dünyada Nissanın dəstəyi ilə keçirilən İtaliya Baya və Abu Dabi Səhra Yarışı kimi bir çox tədbirlərlə müşaiyət olunur və qalib sürücünün dünya çempionu mükafatı ilə təltif edilməsi ilə yekunlaşır.
Kneisser bu yaxınlarda ən möhtəşəm yarışlardan biri və Ölkələrarası FİA Dünya Kubokunun tərkibinə daxil olan Misirdə keçirilmiş Fironlar rallisində T2 üzrə qalib olmuşdur. O, həmçinin Nissanın dəstəyi ilə keçirilən Abu Dabi Səhra Yarışında və Ölkədaxili Qatar Rallisində qalib olmuşdur ki, bunlar da Dünya Kuboku yarışının bir hissəsidir.
Nissan Yaxın Şərqdə keçirilən ralli və avtomobil idmanı yarışlarının, xüsusən Səudiyyə Ərəbistanında keçirilən Hai`l Beynəlxalq Rallisinin və Abu Dhabi Səhra Yarışının əsas dəstəkçisidir.
Nissan həmçinin digər ərəb sürücüləri də dəstəkləyəcək. O, Yaxın Şərqdə avtomobil idmanının inkişaf etdirilməsində Kneisserə dəstək olur.
Yaponiyanın böyük avtomobil şirkətlərindən biri olan Nissan Motor Co.Ltd.-nin əsas iqamətgahı Yaponiyanın Yokohama şəhərində yerləşir və bu, Renault-Nissan Allyansının tərkib hissəsinə daxildir. Nissan şirkəti Nissan, Infiniti və Datsun brendləri altında 60-dan çox model təqdim edir. Nissan dünya üzrə sıfır emissiyalı avtomobil hərəkəti üzrə liderdir ki, burada da ilk tam elektrikli LEAF avtomobillərinin kütləvi satışı əsas yer tutur. Bu, ən çox satılan elektrikli avtomobildir və sıfır emissiyalı avtomobil seqmentində onun payı demək olar ki, 50% təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15

