Suverenliyin təminatçısı: Heydər Əliyev və Azərbaycanın siyasi-iqtisadi müstəqilliyi
02.10.2026 [18:06]
Dövlət müstəqilliyini elan etmək bir məsələdir, onu qorumaq və real məzmunla doldurmaq isə tamamilə başqa məsələdir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə bu həqiqəti ağır təcrübə ilə yaşadı. Siyasi suverenlik iqtisadi dayaqlarla möhkəmləndirilmədikdə, müstəqillik kövrək olaraq qalır. Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə Prezident seçilməsindən sonra həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri məhz bu kövrəkliyi aradan qaldırmaq, Azərbaycanın siyasi-iqtisadi suverenliyini dönməz etmək idi.
Ulu Öndər suverenliyə müqəddəs dəyər kimi yanaşırdı. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə o deyirdi: “Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.” Bu sözlər Heydər Əliyevin bütün siyasi fəaliyyətinin mahiyyətini ifadə edir. O, suverenliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın ümumi vəzifəsi kimi görürdü.
Siyasi suverenliyin təmin olunması üçün ilk növbədə daxili sabitlik və müharibə şəraitindən çıxış lazım idi. 1994-cü ilin may ayında Heydər Əliyevin səyləri ilə cəbhədə atəşkəs əldə olundu. Bu addım ölkəyə dövlət quruculuğuna, iqtisadiyyatın dirçəldilməsinə və nizami ordunun formalaşdırılmasına diqqət yetirmək imkanı yaratdı. Heydər Əliyevin dövründə Milli Ordunun quruculuğu sistemli şəkildə aparıldı və bu, gələcək Zəfərin təməl daşlarından birinə çevrildi.
Xarici siyasətdə Ulu Öndər milli maraqlara əsaslanan, balanslı və praqmatik kurs müəyyən etdi. Azərbaycan heç bir güc mərkəzinin təsiri altına düşmədən dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq qurdu. Heydər Əliyev 1997-ci ildə “Hyüston Xronikal” qəzetinə müsahibəsində bunu belə ifadə edirdi: “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.”
Lakin Heydər Əliyev çox yaxşı anlayırdı ki, mənəvi müstəqilliyin davamlılığı iqtisadi güclə təmin olunmalıdır. Bu baxımdan onun həyata keçirdiyi yeni neft strategiyası tarixi əhəmiyyət daşıyır. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsini təmsil edən 11 neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu. Bu müqavilə ölkəyə böyük həcmdə xarici investisiyalar gətirdi, Azərbaycanı dünya enerji xəritəsində mühüm tərəfdaşa çevirdi və ölkənin təbii sərvətlərinin xalqın rifahına xidmət etməsini təmin etdi.
Neft strategiyasının davamı olaraq 1999-cu il noyabrın 18-də İstanbulda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə bağlı saziş imzalandı. 2002-ci il sentyabrın 18-də isə Səngəçal terminalında bu kəmərin təməli qoyuldu. Bu layihə Azərbaycan neftinin dünya bazarlarına müstəqil və etibarlı şəkildə çıxarılmasını təmin etdi. Eyni zamanda, 1999-cu ildə Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Fondun məqsədi neft gəlirlərinin şəffaf idarə olunması və gələcək nəsillər üçün qorunması idi.
Heydər Əliyevin iqtisadi siyasətinin özəlliyi ondan ibarət idi ki, o, neft gəlirlərini qısamüddətli ehtiyacların ödənilməsi üçün deyil, ölkənin uzunmüddətli inkişafı üçün mənbə kimi görürdü. Ulu Öndər dəfələrlə vurğulayırdı ki, təbii sərvətlər bütün xalqa məxsusdur və onlardan əldə olunan gəlirlər insanların rifahının yüksəldilməsinə, infrastrukturun yenilənməsinə, təhsilə və səhiyyəyə yönəldilməlidir. Bu yanaşma sonrakı illərdə Azərbaycanın sosial-iqtisadi inkişafında öz bəhrəsini verdi. Beləliklə, siyasi və iqtisadi suverenlik bir-birini tamamlayan iki anlayış kimi vahid strategiyanın tərkib hissəsinə çevrildi.
Dayanıqlı inkişafın digər mühüm istiqaməti bazar iqtisadiyyatına keçid idi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, o cümlədən aqrar islahatlar nəticəsində torpaq kəndlilərə paylandı, sahibkarlığın inkişafı üçün hüquqi baza yaradıldı, makroiqtisadi sabitlik bərpa olundu. 1990-cı illərin əvvəlindəki iqtisadi xaosdan sonra ölkədə iqtisadi artım başladı və bu artım sonrakı illərdə Azərbaycanın sürətli inkişafının əsasını təşkil etdi.
Heydər Əliyevin siyasi-iqtisadi suverenlik konsepsiyası bu gün də Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Onun əsasını qoyduğu enerji siyasəti ölkəni regionun enerji mərkəzinə çevirib, Dövlət Neft Fondu isə Azərbaycanın maliyyə dayanıqlığının əsas təminatçılarından birinə çevrilib. Ulu Öndərin 1997-ci ildə İstanbulda söylədiyi sözlər bu gün də aktualdır: “Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir.” Bu sərvətin qorunması və artırılması isə Heydər Əliyevin bizə əmanət etdiyi ən böyük vəzifədir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

