Zəfərin doğurduğu Böyük Qayıdış və quruculuğun yeni ünvanı
02.10.2026 [17:57]
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şanlı Zəfər salnaməsinin mühüm səhifələrindən biri Cəbrayılın azadlığı ilə bağlıdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində Cəbrayıl rayonunun yaşayış məntəqələrinin azadlığı təmin edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə Vətən müharibəsində ilk şəhər azad edildi. Bu tarixi hadisənin şərəfinə 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Cəbrayılın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Vətən müharibəsində sonrakı Qələbələrə aparan mühüm mərhələ kimi xüsusi əhəmiyyət daşıyırdı. Bu Qələbə xalqımızın illər boyu yaşatdığı doğma torpaqlara qayıdış arzusunun gerçəyə çevrilməsinin başlanğıcı oldu.
Bu gün Cəbrayıl azadlığın yaratdığı yeni reallıqların, genişmiqyaslı quruculuğun və Böyük Qayıdışın mühüm ünvanlarından birinə çevrilib. İşğal dövründə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, yeni yaşayış məhəllələri salınır. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək simasının müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılmasına imkan yaradıb. Baş plana əsasən, 2026-cı ilin sonunadək şəhərdə təqribən 3 800, 2040-cı ilin sonunadək isə 15 000 sakinin yaşaması nəzərdə tutulur.
Cəbrayıl şəhərində yaşayış komplekslərinin inşası və sosial infrastrukturun yaradılması sürətlə davam etdirilir. Artıq yeni yaşayış binaları istifadəyə verilib, 2025-ci ilin oktyabrında isə ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub. Bu layihələr çərçivəsində 1361 mənzilin inşası nəzərdə tutulur. Məktəb, xəstəxana və digər sosial obyektlərin yaradılması isə Cəbrayıl sakinlərinin rahat və təhlükəsiz yaşayışı üçün hərtərəfli şəraitin formalaşdırılmasına xidmət edir.
Böyük Qayıdış prosesinin real nəticələri rayonun kəndlərində də özünü göstərir. Horovlu kəndinin birinci mərhələsinin açılışından sonra sakinlərin doğma yurda qayıdışı təmin edilib. 2026-cı il mayın 9-da Şükürbəyli kəndinin açılışı da Cəbrayılın bərpa tarixində mühüm hadisəyə çevrilib. Yeni salınan kəndlərdə müasir yaşayış evləri ilə yanaşı, məktəb, bağça, tibb məntəqəsi və digər sosial obyektlər yaradılır. Beləliklə, illər boyu doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarında yeni həyata başlaması üçün bütün zəruri imkanlar formalaşdırılır.
Cəbrayılın bərpası sosial layihələrlə yanaşı, iqtisadi inkişaf istiqamətində də davam etdirilir. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonun iqtisadi potensialının reallaşdırılmasına, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına mühüm imkanlar açır. Enerji infrastrukturu da müasir tələblər əsasında qurulur. Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi və 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası Cəbrayılın yaşıl enerji sahəsində də mühüm potensiala malik olduğunu göstərir.
Cəbrayılın bugünkü mənzərəsi Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin yalnız hərbi deyil, həm də quruculuq nəticələrini nümayiş etdirir. Bir vaxtlar işğalın ağır izlərini daşıyan şəhər və kəndlər bu gün inkişafın, abadlığın və həyatın yenidən canlanmasının ünvanına çevrilib. Doğma yurda qayıdan ailələr, tikilən yeni evlər, istifadəyə verilən məktəblər və yaradılan müasir infrastruktur Böyük Qayıdışın artıq real gerçəkliyə çevrildiyini göstərir.
4 oktyabr – Cəbrayıl Şəhəri Günü bu baxımdan həm tarixi Zəfərimizin, həm də Böyük Qayıdışın rəmzi olan əlamətdar gündür. Cəbrayılın azadlığı ilə başlayan yeni tarix bu gün abadlıq, yenidənqurma və quruculuqla davam edir.
Cəbrayıl artıq yalnız keçmişin ağır sınaqlarını xatırladan bir məkan deyil. O, Azərbaycanın Zəfər iradəsinin, dövlət gücünün və quruculuq əzminin müasir simvollarından biridir. Burada ucaldılan hər yeni bina, çəkilən hər yol və doğma yurda qayıdan hər bir ailə 2020-ci ilin tarixi Qələbəsinin davam edən nəticəsidir. Bu gün Cəbrayılın yenidən qurulan simasında gələcəyə baxan Azərbaycanı görmək mümkündür.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

