Tarixi Dönüş Nöqtəsi
02.10.2026 [15:43]
1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqının və dövlətçiliyinin taleyində
həlledici, tarixi bir dönüş nöqtəsidir. Həmin gün keçirilən ümumxalq səsverməsi
nəticəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının
Prezidenti seçilməsi ölkəmizi dərin siyasi, iqtisadi və hərbi böhrandan xilas edərək
müasir, qüdrətli və sabit dövlət quruculuğunun təməlini qoydu. Ümumilli Lider
Heydər Əliyevin hakimiyyətə gəlişi sadəcə bir siyasi rəhbər dəyişikliyi deyil, məhv
olmaq təhlükəsi ilə üz-üzə qalmış bir ölkənin dünya miqyaslı böyük dövlət
xadiminin fenomenal siyasi peşəkarlığı, dərin təfəkkürü və sarsılmaz iradəsi
sayəsində yenidən dirçəlişi demək idi.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan daxili hərc-
mərclik, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın hərbi təcavüzü və iqtisadi
tənəzzül kimi ağır sınaqlarla qarşılaşmışdı. Dövlət idarəçiliyindəki naşılıq və xaos
ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Belə bir taleyüklü məqamda xalqın
təkidli tələbi ilə birinci hakimiyyəti dövründə böyük təcrübə qazanmış Ulu
Öndərin sükan arxasına keçməsi dövlətçilik xilasının yeganə yolu idi. 1993-cü il
oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən
Heydər Əliyev, ilk növbədə, ölkədə daxili sabitliyi, qanunçuluğu və ictimai-siyasi
nizami bərpa etdi, dövlət institutlarının fəaliyyətini tam nizama saldı.
Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı özünü ən
aydın şəkildə mürəkkəb xarici siyasət kursunun formalaşdırılmasında nümayiş
etdirdi. O, Azərbaycanın milli maraqlarına söykənən balansı idarəetmə
strategiyasını təsis edərək, ölkəmizi beynəlxalq təcriddən çıxardı və qlobal güclərlə
bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurdu. Ulu Öndərin diplomatik məharəti
sayəsində Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, 1994-cü ildə atəşkəs
rejiminin əldə olunması isə müstəqil dövlət quruculuğu və iqtisadi islahatlar üçün
zəruri olan dinc şəraiti təmin etdi.
İqtisadi sahədə atılan tarixi addımlar Ulu Öndərin uzaqgörənliyinin və
strateji zəkasının müstəsna göstəricisidir. 1994-cü il sentyabrın 20-də imzalanan
"Əsrin müqaviləsi" beynəlxalq aləmdə Azərbaycana olan inamı köklü şəkildə
dəyişdi. Xarici sərmayəçilərin riskli hesab etdiyi bir regiona nəhəng neft
şirkətlərinin cəlb edilməsi yalnız Ümumilli Lider Heydər Əliyev şəxsiyyətinin
miqyası və siyasi nüfuzu sayəsində mümkün oldu. Bu müqavilə ölkəmizin maliyyə
müstəqilliyinin təməlini qoydu və gələcək iri miqyaslı infrastruktur, enerji və
nəqliyyat layihələrinin reallaşmasına imkan yaratdı.
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi və demokratik
təməllərini də məhz bu dövrdə formalaşdırdı. 1995-ci ildə müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul olundu, insan hüquq və azadlıqlarının müdafiəsi,
çoxpartiyalı sistem, söz və mətbuat azadlığı dövlət siyasətinin prioritetinə çevrildi.
Eyni zamanda, milli ordunun formalaşdırılması, nizami hərbi birləşmələrin
yaradılması istiqamətində həyata keçirilən kəsərli tədbirlər gələcək böyük
zəfərlərin ilk təməl daşları oldu.
Ümumilli Lider Heydər Əliyev siyasi məktəbi və onun irsi bu gün də
müstəqil Azərbaycanın uğurlu inkişafının əsas təminatçısıdır. Ulu Öndərin əsasını
qoyduğu uzaqgörən dövlətçilik strategiyasını layiqincə davam etdirən Prezident
cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda söz sahibi olan
qüdrətli bir dövlətə çevrilmişdir. 3 oktyabr 1993-cü il tarixi zəfərlərə, sabitliyə və
inkişafa aparan yolun başlangıcı kimi Azərbaycan xalqının yaddaşında əbədi
yaşayacaqdır.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

