YAP islahatlar partiyasıdır!
02.10.2026 [14:26]
İlham Əliyev: Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi xarakterizə edilir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Qurultayda dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Xatırladaq ki, VII Qurultay 44 günlük müharibədə qazanılan şanlı zəfərdən bir neçə ay sonra keçirilmişdi. O zaman ərazilərimiz işğaldan azad olunmuşdu, bu dəfə isə, yəni VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilib.
Ümumiyyətlə, ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev 2005-ci il martın 26-da keçirilən III Qurultayda Sədr seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsi başlandı. Xüsusilə, həyata keçirilən islahatlar partiyanın cəmiyyətimizdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bütövlükdə, 34 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin bərpası bu baxımdan xüsusi qeyd edilməlidir. O cümlədən, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər böyük önəm daşıyır.
Prezident İlham Əliyevin Sədrliyi dövründə YAP-ın keçirilən qurultayları yeniliklərlə müşayiət olunurdu. Nəzərə alaq ki, 2021-ci ilin martında keçirilən VII Qurultayı isə islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malik oldu. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Həmin qurultayda partiya sistemində struktur dəyişikləri ilə bağlı qərarlar verildi, yeni Nizamnamə qəbul olundu. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis edilməsi və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amil idi.
Eləcə də, yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb. Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.
Onu da qeyd edək ki, həyata keçirilən islahatlar nəticəsində YAP ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində parlaq qələbələr qazanıb. Eləcə də, islahatlar YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını da şərtləndirib. Ötən dövrdə partiyanın beynəlxalq əlaqələri də genişlənib.
Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar partiyamızda kəmiyyət və keyfiyyət baxımından mühüm nəticələri özündə ehtiva edir. Təsadüfi deyil ki, bu gün YAP üzvlərinin sayı 800 min nəfərə yaxındır. İlham Əliyevin VIII Qurultayda dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Bütün bunların fonunda əminliklə söyləmək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə addımlayacaq!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

