Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın Qlobal Tranzit-Logistika Mərkəzinə Çevrilir

Azərbaycanın Qlobal Tranzit-Logistika Mərkəzinə Çevrilir

02.10.2026 [12:39]

Son illərdə qlobal geosiyasi və iqtisadi proseslər fondunda Beynəlxalq
Nəqliyyat Dəhlizlərinin xəritəsi sürətlə yenidən formalaşır. Avrasiya qitəsinin
strateji qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən
effektiv istifadə edərək regionun aparıcı tranzit və logistika mərkəzlərindən birinə
çevrilmişdir. Prezident cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda qeyd etdiyi kimi, ölkəmizin ərazisindən keçən tranzit yüklərin
həcmində müşahidə olunan sürətli artım təsadüfi xarakter daşımır, illər boyu
həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, düşünülmüş investisiya
strategiyasının və infrastruktur layihələrinin mühüm nəticəsidir. Azərbaycanın
təşəbbüskarı və fəal iştirakçısı olduğu nəqliyyat layihələri bu gün nəinki milli
iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir, dahi şəkildə kontinental ticarət
əlaqələrinin təhlükəsizliyini və fasiləsizliyini təmin edir.
Ölkəmizin tranzit potensialının artırılması istiqamətində atılan ardıcıl
addımlar müasir nəqliyyat şəbəkəsinin qurulması ilə sıx bağlıdır. Son iki onillikdə
Azərbaycanda beynəlxalq standartlara cavab verən minlərlə kilometr avtomobil
yolları salınmış, dəmir yolu xətləri yenidən qurulmuş, müasir hava limanları və
dəniz limanı kompleksləri istifadəyə verilmişdir. Xüsusilə Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı
birləşdirən ən qısa, təhlükəsiz və səmərəli marşrut kimi özünü təsdiqləmişdir. Şərq-
Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan
bu marşrutlar üzrə yükdaşımaların həcminin ilbəil artmasını təmin etməklə qlobal
tədarük zəncirinin etibarlı halqasına çevrilmişdir.
Tranzit həcmlərinin kəskin artmasında Şərq-Qərb nəqliyyat koridorunun
(Orta Dəhliz) xüsusi çəkisi vardır. Mərkəzi Asiya və Çindən Avropaya
istiqamətlənən yük axınlarının məhz Azərbaycan ərazisindən keçməsi ölkəmizin
logistik cəlbediciliyini dəfələrlə artırır. Mərkəzi Asiya dövlətləri ilə qurulan sıx
tərəfdaşlıq, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi, rəqəmsal
texnologiyaların tətbiqi və vahid tarif siyasətinin yürütülməsi tranzit vaxtını kəskin
şəkildə azaltmışdır. Bu da beynəlxalq yükdaşıyan şirkətlər üçün Azərbaycan
marşrutunu digər alternativlərlə müqayisədə daha əlverişli və gəlirli edir.
Eyni zamanda, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə də
infrastrukturun genişləndirilməsi və ötürücülük qabiliyyətinin artırılması
istiqamətində böyük işlər görülür. Şimali Avropa və Rusiyanı Fars körfəzi və
Hindistanla birləşdirən bu marşrutun Azərbaycan hissəsində bütün zəruri

infrastruktur artıq hazır durumdadır. Tranzit yüklərin artımı göstərir ki, həm
regional, həm də qlobal miqyasda böyük ticarət tərəfdaşları üçün Azərbaycan
ərazisi ən etibarlı tranzit koridorudur. Bu dəhlizlərin inteqrasiyası ölkəmizin
logistika imkanlarını daha da şaxələndirir.
Azərbaycanın logistika sahəsində əldə etdiyi uğurlar xarici investorlar üçün
də yeni imkanlar açır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində
vurğulandığı kimi, tranzit yükdaşımalarının dinamik artımı nəqliyyat, anbar
təsərrüfatı, ekspedisiya və logistika xidmətləri sektoruna xarici sərmayələrin cəlb
edilməsinə güclü təkan verir. Ələt Azad İqtisadi Zonası kimi strateji layihələr
beynəlxalq investorlara yüksək əlavə dəyər yaradan istehsal və logistika obyektləri
qurmaq üçün unikal imkanlar təqdim edir. Bu, Azərbaycanın təkcə tranzit ölkə
kimi deyil, eyni zamanda regional sənaye və logistika habı kimi formalaşmasını
sürətləndirir.
Tranzit imkanlarının genişlənməsində işğaldan azad edilmiş ərazilərimizdə
həyata keçirilən nəqliyyat infrastruktur layihələrinin və Zəngəzur dəhlizinin
açılması perspektivinin də mühüm rolu vardır. Qarabağ və Şərqli Zəngəzurda
tikilən yeni magistral yollar, dəmir yolları və beynəlxalq hava limanları regionun
nəqliyyat xəritəsini köklü şəkildə dəyişdirir. Zəngəzur dəhlizi istifadəyə verildikdə
ölkəmizin tranzit potensialı daha da genişlənəcək, Türk dünyasını və Avrasiyanı
birləşdirən yeni bir arterial xətt kimi yüklərin daha tez və ucuz daşınmasına şərait
yaradacaqdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürütülən strateji kurs
Azərbaycanı qlobal nəqliyyat şəbəkəsinin mərkəzi aktorlarından birinə çevirmişdir.
Tranzit yüklərin həcmindəki sürətli artım ölkəmizin iqtisadi müstəqilliyini
möhkəmləndirir, neftdən kənar sektordan gələn gəlirlərin artmasını təmin edir və
geosiyasi nüfuzumuzu daha da yüksəldir. Azərbaycan gələcəkdə də beynəlxalq
logistika dəhlizlərinin modernləşdirilməsinə, rəqəmsallaşdırılmasına və
imkanlarının artırılmasına investisiya qoyaraq regional sülhün, əməkdaşlığın və
davamlı iqtisadi inkişafın əsas təminatçısı olmaqda davam edəcəkdir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31