Zəfər tariximizin Cəbrayıl səhifəsi
02.10.2026 [11:49]
4 Oktyabr Azərbaycan xalqının yaddaşında böyük qürur və Zəfər hissi ilə yaşayan
əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə
bağlıdır. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl şəhəri işğaldan azad edildi.
Bununla da Vətən müharibəsinin ilk həftəsində rayon mərkəzi olan şəhərin azad
olunması Azərbaycan Ordusunun gücünü, döyüş əzmini və qarşıya qoyulmuş məqsədə
doğru inamla irəlilədiyini nümayiş etdirdi. Prezident İlham Əliyev həmin gün xalqa
müraciətində Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin azad edildiyini bildirdi
və bu tarixi hadisəni Azərbaycan xalqı üçün mühüm Qələbə kimi qiymətləndirdi.
Cəbrayılın azadlığına gedən yol heç də asan olmayıb. 1993-cü il avqustun 23-də işğal
edilən rayonun sakinləri uzun illər doğma yurdlarından ayrı düşüb, şəhər və kəndlər
dağıntılara məruz qalıb. Lakin Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb,
doğma torpaqlara qayıdış inamını qoruyub saxlayıb.
Cəbrayıl uğrunda gedən döyüşlər Azərbaycan əsgər və zabitlərinin misilsiz
qəhrəmanlığını ortaya qoydu. Prezident İlham Əliyev sonrakı çıxışlarında Cəbrayılın
azad edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, həmin ərazi
düşmənin bir neçə xəttdən ibarət istehkamları ilə möhkəmləndirilmişdi və bu müdafiə
xətlərinin yarılması böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bu Qələbə
şəhidlərimizin canı və qanı bahasına əldə edildi. Buna görə də 4 Oktyabr yalnız bir
şəhərin azad edildiyi tarix deyil, həm də Vətən uğrunda canından keçən qəhrəmanların
əziz xatirəsinin ehtiramla yad edildiyi gündür.
Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun digər istiqamətlərdəki uğurları üçün
də mühüm mənəvi amilə çevrildi. Dövlət başçısının qeyd etdiyi kimi, müharibənin
birinci həftəsində rayon mərkəzi olan şəhərin azad edilməsi Ordumuza əlavə güc və
inam verdi. Sonrakı günlərdə Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla davam
etdirdi və Vətən müharibəsinin Zəfərlə başa çatması Azərbaycanın ərazi bütövlüyünün
bərpasını təmin etdi. Cəbrayıl isə bu böyük Zəfər salnaməsində özünəməxsus yer
qazandı.
Cəbrayılın azad olunmasından sonra şəhərin qarşısında yeni bir mərhələ – bərpa və
quruculuq dövrü başladı. 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl
ictimaiyyətinin nümayəndələri ilə görüşərək Memorial Kompleksin və şəhərin
bərpasının təməl daşını qoydu. Bu hadisə Cəbrayılın tarixində yeni səhifənin
başlanğıcı oldu. Dağıdılmış şəhərin yerində müasir, rahat və insanların yaşayışı üçün
bütün imkanlara malik yeni Cəbrayılın qurulması istiqamətində genişmiqyaslı işlərə
start verildi.
Bu gün Cəbrayılın simasında Zəfərdən sonra Azərbaycanın qarşısında duran böyük
quruculuq missiyasının nəticələrini görmək mümkündür. 2024-cü il oktyabrın 4-də
şəhərdə ilk yaşayış kompleksinin açılışı oldu və keçmiş məcburi köçkünlər yeni
mənzillərə köçürüldü. Ümumilikdə 33 yaşayış binasından ibarət kompleksdə 712
mənzil yaradılıb. Yaşayış binaları ilə yanaşı, sosial-məişət obyektləri, istirahət
guşələri, uşaq və idman meydançaları da istifadəyə verilib.
Böyük Qayıdış prosesinin Cəbrayıl üçün xüsusi əhəmiyyəti var. 2024-cü il sentyabrın
26-dan keçmiş məcburi köçkünlərin Cəbrayıla qayıdışı başlanıb və proses davam edir.
Beləliklə, illər boyu doğma yurd həsrəti ilə yaşayan insanların öz ata-baba torpaqlarına
qayıdışı artıq real mənzərəyə çevrilib. Cəbrayılın küçələrində yenidən həyat canlanır,
ailələr öz doğma şəhərlərində yeni həyata başlayırlar.
4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin
əhəmiyyətini əbədiləşdirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu
qərar Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əbədiləşdirilməsi və işğaldan
azad edilmiş şəhərlərin tarixində mühüm günlərin gələcək nəsillərə çatdırılması
baxımından əhəmiyyət daşıyır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

