Cəbrayıl – Qələbədən dirçəlişə uzanan yol
02.10.2026 [11:48]
4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin
bərpasını özündə əks etdirən əlamətdar günlərdən biridir. Bu tarix 2020-ci ildə Vətən
müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlığın, hərbi
şücaətin və xalqımızın Zəfər əzminin parlaq təcəssümüdür. Cəbrayıl şəhərinin işğaldan
azad edilməsi ilə 27 illik həsrətə son qoyulmuş, Azərbaycanın dövlət bayrağı doğma
torpaqlarda yenidən dalğalanmışdır.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl
rayonu uzun illər ərzində ağır dağıntılara və talanlara məruz qalmışdır. Lakin
Azərbaycan xalqı heç zaman doğma torpaqlarının işğalı ilə barışmamış, dövlətimiz
bütün imkanlarını səfərbər edərək ərazi bütövlüyünün bərpasını əsas prioritetlərdən biri
kimi müəyyənləşdirmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu
məqsədin həyata keçirilməsi istiqamətində tarixi mərhələyə çevrildi.
Cəbrayılın azadlığı uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək hazırlığını,
peşəkarlığını və döyüş ruhunu bir daha nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də
Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunması ilə başlayan Cəbrayılın azad
edilməsi prosesi oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq
kəndlərinin düşməndən təmizlənməsi ilə davam etdi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri
ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad,
Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Ümumilikdə Cəbrayıl rayonu
ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd düşmən
işğalından qurtarıldı.
Cəbrayıl istiqamətində aparılan əməliyyatlar mürəkkəbliyi və strateji əhəmiyyəti ilə
seçilirdi. Düşmən burada bir neçə müdafiə xəttindən ibarət güclü istehkamlar qurmuşdu.
Bu istehkamların yarılması Azərbaycan əsgər və zabitlərindən böyük cəsarət,
peşəkarlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad olunması ilə Azərbaycan
Ordusunun sonrakı əks-hücum əməliyyatları üçün mühüm imkanlar yarandı. Bu
qələbədən sonra Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi
istiqamətində əməliyyatların keçirilməsi, eləcə də Zəngilan, Qubadlı və Laçın
rayonlarının cənub hissəsinin işğaldan azad edilməsi üçün əlverişli şərait formalaşdı.
Cəbrayılın azadlığı həm də tarixi və milli yaddaşımız baxımından xüsusi əhəmiyyət
daşıyır. Rayon ərazisində yerləşən qədim Xudafərin körpüsünün işğaldan azad edilməsi
və 2020-ci il oktyabrın 18-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
burada Azərbaycan bayrağını ucaldaraq xalqımıza bu tarixi anı yaşatması milli qürur
rəmzinə çevrildi. Xudafərin üzərində üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın
tarixi torpaqlarında dövlət suverenliyinin və milli iradənin təntənəsini nümayiş etdirdi.
Cəbrayılın azadlığı uğrunda döyüşlərdə Azərbaycan hərbçiləri misilsiz qəhrəmanlıq və
fədakarlıq göstərdilər. Onların xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi
olaraq 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
şəxsi igidlik və şücaət göstərmiş 22 797 hərbi qulluqçu bu medalla təltif edildi.
Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı tarixi günün əbədiləşdirilməsi də Zəfər
salnaməsinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli
Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi
Azərbaycanın şanlı Zəfər tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm
addım oldu. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən
edildi.
Bu gün Cəbrayıl yalnız hərbi Zəfərin deyil, həm də Böyük Qayıdışın rəmzlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri
Cəbrayılın da yeni simasını formalaşdırır. Beləliklə, 4 Oktyabr – Cəbrayıl şəhəri günü
xalqımızın ədalətə, doğma torpaqlara və tarixi yaddaşa bağlılığını ifadə edən,
Azərbaycan Ordusunun qəhrəmanlığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
qazanılmış Zəfəri yaşadan əlamətdar tarix kimi böyük məna daşıyır.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

