Cəbrayıl şəhəri – Zəfərin və qayıdışın rəmzi
02.10.2026 [11:46]
Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən Vətən
müharibəsi xalqımızın yaddaşında əbədi iz qoyan şanlı Zəfər salnaməsidir. 2020-ci ilin
sentyabrında başlanan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan
torpaqlarımızın azad edilməsi Azərbaycan Ordusunun qüdrətini, xalqımızın birliyini və
dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər yolunda azad edilən
yaşayış məntəqələri sırasında Cəbrayıl şəhərinin xüsusi yeri vardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
edilmişdi. İşğal zamanı rayonun inzibati ərazisinə 1 şəhər, 4 qəsəbə və 92 kənd daxil idi.
İşğal nəticəsində Cəbrayılın yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsinə ciddi
ziyan vurulmuş, rayon əhalisi doğma yurdlarından didərgin salınmışdı. Uzun illər ərzində
Cəbrayıl sakinləri öz doğma torpaqlarına qayıdacağı günün həsrəti ilə yaşadılar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu həsrətin sona
çatması üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi
əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun kəndləri və şəhəri mərhələli şəkildə
işğaldan azad edildi.
Belə ki, 2020-ci il sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də
isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olundu.
Oktyabrın 4-ü isə Cəbrayılın tarixində xüsusi əhəmiyyət daşıyan günə çevrildi. Həmin
gün Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu,
Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri Azərbaycan Ordusu
tərəfindən işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonunun ərazisində aparılan
hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd düşmən işğalından
qurtarıldı.
Cəbrayıl şəhərinin azad edilməsi hərbi baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı,
xalqımızın uzun illər davam edən yurd həsrətinin sona çatmasının rəmzinə çevrildi.
Prezident İlham Əliyevin Cəbrayıl şəhərinin azad olunması barədə xalqa müraciətində
səsləndirdiyi fikirlər bu tarixi hadisənin milli yaddaşımızdakı əhəmiyyətini bir daha ortaya
qoydu. Azərbaycan Ordusunun Cəbrayılda dalğalandırdığı üçrəngli bayraq 27 illik işğala
son qoyulduğunu və Azərbaycanın öz torpaqlarının sahibinə çevrildiyini nümayiş etdirdi.
Cəbrayılın azad olunması həm də Azərbaycan xalqının dövlətinə və ordusuna olan
inamının, milli həmrəyliyinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Bu tarixi Qələbə
şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və hərbçilərimizin fədakarlığı hesabına
əldə edildi. Onların göstərdiyi misilsiz şücaət Cəbrayılın və bütün Qarabağın azadlıq
salnaməsinin ən şərəfli səhifələrini təşkil edir.
Bu gün 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Bu tarix işğaldan azad
edilmiş torpaqlarımızda yeni həyatın başlanğıcını, tarixi torpaqlarımıza Böyük Qayıdışın
gerçəkləşməsini və Azərbaycan bayrağının əbədi olaraq Cəbrayılda dalğalanmasını
simvolizə edir. Cəbrayılın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən
genişmiqyaslı işlər doğma yurdun öz sahiblərini qarşılamasına hesablanıb.
Cəbrayıl bu gün artıq yalnız keçmişin ağrılarını xatırladan bir şəhər deyil, Zəfərin,
dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. 4 Oktyabr tarixi isə xalqımızın yaddaşında
Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətimizin gücünü və Cəbrayılın azadlıq
gününü təcəssüm etdirən əlamətdar tarix kimi yaşayacaq.
Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

