Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarix boyu apardığı mübarizənin, milli iradəsinin və azadlıq amalının ən böyük nailiyyətidir

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarix boyu apardığı mübarizənin, milli iradəsinin və azadlıq amalının ən böyük nailiyyətidir

02.10.2026 [11:45]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Deputatı Sevinc Həsənova
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz
Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik” fikri müstəqil
dövlətçiliyimizin mahiyyətini və gələcək inkişaf yolunu ifadə edən mühüm siyasi çağırışdır. Bu fikir təkcə bir dövrün
deyil, bütün zamanların şüarı kimi Azərbaycan xalqının yaddaşında yaşayır.
Azərbaycan xalqı XX əsrin sonunda öz dövlət müstəqilliyini yenidən bərpa etsə də, müstəqilliyin qorunması və
möhkəmləndirilməsi heç də asan olmamışdır. Müstəqilliyin ilk illərində ölkədə siyasi qeyri-sabitlik, iqtisadi
çətinliklər və xarici təhdidlər dövlətçiliyimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Məhz belə mürəkkəb bir dövrdə
xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi təmin etdi, dövlət quruculuğu
prosesini sürətləndirdi və Azərbaycanın müstəqilliyini möhkəm təməllər üzərində qurdu.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində
Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı. Ölkəmiz dünyanın nüfuzlu təşkilatlarına üzv oldu,
xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”
Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynadı və ölkənin gələcək inkişafı üçün geniş
imkanlar yaratdı.
Bu gün Azərbaycan müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Güclü iqtisadiyyat, müasir ordu, inkişaf
etmiş infrastruktur və beynəlxalq nüfuz Azərbaycanın müstəqilliyinin əsas dayaqlarıdır. Dövlətimizin əldə etdiyi
uğurlar göstərir ki, müstəqillik yalnız siyasi anlayış deyil, həm də iqtisadi güc, milli birlik və davamlı inkişaf
deməkdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə ölkəmizin bütün ərazilərində
suverenliyinin tam bərpa olunması müstəqil Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu
qələbələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları tam təmin olundu. Xalqımız bir daha
sübut etdi ki, müstəqilliyini və dövlətçiliyini qorumağa qadirdir.
Müstəqilliyin qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Dövlətçilik ənənələrinin yaşadılması, milli-
mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqilliyimizin gələcək
nəsillərə ötürülməsinin əsas şərtlərindəndir. Güclü dövlət yalnız güclü vətəndaş cəmiyyəti və milli birlik sayəsində
inkişaf edə bilər.
Bu gün Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyir. Qarşıya qoyulan məqsədlər, həyata keçirilən islahatlar və
əldə olunan nailiyyətlər göstərir ki, dövlət müstəqilliyimiz etibarlı şəkildə qorunur və daha da möhkəmlənir.
Xalqımız öz dövlətinə, öz Prezidentinə və gələcəyinə inanır. Məhz bu inam Azərbaycanın gələcək uğurlarının əsas
təminatıdır.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir. Bu müstəqillik minlərlə şəhidimizin qanı,
qəhrəmanlarımızın şücaəti və xalqımızın sarsılmaz iradəsi hesabına qorunub saxlanılmışdır. Buna görə də hər bir
azərbaycanlı müstəqilliyimizi göz bəbəyi kimi qorumalı, onun daha da möhkəmlənməsi və yüksəlməsi naminə
çalışmalıdır. Çünki Azərbaycanın dövlət müstəqilliyi həqiqətən də dönməzdir, yenilməzdir və sarsılmazdır. Bu
müstəqillik əbədi yaşayacaq və gələcək nəsillərə daha güclü Azərbaycan kimi miras qalacaq.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31