4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin şanlı səhifəsi
02.10.2026 [11:41]
4 Oktyabr Azərbaycan xalqının yaddaşında ərazi bütövlüyümüzün və tarixi
ədalətin bərpasını təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix 2020-ci
ildə Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə
xalqımızın şanlı Zəfər salnaməsinə qızıl hərflərlə yazılıb. Cəbrayıl şəhəri 1993-cü
il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhərin və
rayonun sakinləri doğma yurdlarından məcburi şəkildə didərgin salınmışdı. İşğal
illərində Cəbrayılın yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi
ciddi dağıntılara məruz qalmışdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi
mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi
əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun bir sıra kəndləri azad edildi.
Oktyabrın 4-də isə Cəbrayıl şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycan
Ordusu Vətən müharibəsində ilk şəhər mərkəzini düşməndən azad edərək mühüm
hərbi və strateji uğura imza atdı. Cəbrayıl şəhərinin azad edilməsi Vətən
müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri kimi tarixə düşdü. Bu
qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin yüksək
peşəkarlığını, qəhrəmanlığını və Vətənə bağlılığını bir daha nümayiş etdirdi.
Cəbrayıl uğrunda döyüşlərdə hərbçilərimiz böyük şücaət və fədakarlıq göstərərək
qarşıya qoyulan mühüm döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər. Cəbrayılın
azad olunması həm də xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması yolunda
mühüm addım idi. 4 Oktyabr tarixində Cəbrayıl şəhərində Azərbaycan
Respublikasının Dövlət Bayrağının ucaldılması bütün ölkə üçün böyük mənəvi
əhəmiyyət daşıyan hadisəyə çevrildi. Bu tarixi an Azərbaycan xalqının doğma
torpaqlarına qayıdışının rəmzlərindən biri oldu. Cəbrayılın azad olunması yalnız
hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin qarşısında yeni quruculuq
mərhələsi açan mühüm tarixi hadisə idi. İşğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilməyə başlandı.
Cəbrayıl şəhərində də müasir şəhərsalma prinsiplərinə əsaslanan quruculuq işləri
aparılır. 2024-cü il oktyabrın 4-də Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışı
keçirilib və şəhər sakinlərinin bir qismi doğma yurda qayıdaraq yeni mənzillərinə
köçüblər. Kompleksdə 33 yaşayış binasında 712 mənzil yaradılıb, ərazidə sosial-
məişət obyektləri, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları da
salınıb. Cəbrayılın yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm
istiqamətlərindən biridir. Burada məqsəd yalnız dağıdılmış şəhərin bərpası deyil,
həm də insanların öz doğma yurdlarında təhlükəsiz, rahat və firavan həyatının
təmin edilməsidir. Yeni yolların, yaşayış məhəllələrinin, sosial obyektlərin və digər
infrastrukturun yaradılması Cəbrayılın gələcək inkişafı üçün möhkəm zəmin
formalaşdırır. 4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması da bu tarixi
hadisənin əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 Oktyabr hər il Cəbrayıl
şəhəri günü kimi təsis edilib. Sərəncamın məqsədi Vətən müharibəsində əldə
edilmiş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin
tarixdəki xüsusi yerini yaşatmaqdır.Cəbrayıl şəhəri günü həm də şəhidlərimizin
əziz xatirəsinə ehtiram günüdür. Bu Zəfərin əldə olunmasında canından keçən
qəhrəman oğullarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Onların Vətən
uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq Azərbaycan tarixinin ən şərəfli
səhifələrindən biri kimi gələcək nəsillərə çatdırılacaq. Bu gün Cəbrayılın
timsalında biz həm qəhrəmanlıq tariximizi, həm də Böyük Qayıdışın real
nəticələrini görürük. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilmiş şəhərin yenidən
qurulması Azərbaycan dövlətinin iqtisadi gücünü, quruculuq imkanlarını və azad
edilmiş ərazilərin dirçəldilməsinə verdiyi önəmi nümayiş etdirir. 4 Oktyabr –
Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixinin ayrılmaz hissəsidir. Bu
gün doğma torpaqların azadlığı uğrunda mübarizə aparmış qəhrəmanların
xatirəsini yaşatmaqla yanaşı, Cəbrayılın bu gününü və gələcəyini birləşdirən
mühüm tarixi simvoldur. Cəbrayıl artıq yalnız keçmişin ağrılı xatirələrini deyil,
Azərbaycanın Zəfərini, quruculuğunu və Böyük Qayıdışını təcəssüm etdirən
şəhərdir. 4 Oktyabr isə hər il xalqımızı bu şanlı tarixi xatırlamağa, şəhidlərimizin
müqəddəs xatirəsini ehtiramla yad etməyə və azad edilmiş torpaqlarımızda qurulan
yeni həyatın əhəmiyyətini dərk etməyə çağıran əlamətdar tarix kimi qeyd olunur.
YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

