Milli qurtuluşa gedən yolun başlanğıcı
02.10.2026 [11:16]
33 il əvvəl - 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndər Heydər Əliyevin
Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını
qoyub.
Müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı,
milli qurtuluşa aparan yolun mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.Heydər
Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə dövlət quruculuğu,
təhlükəsizlik, iqtisadiyyatın bərpası və beynəlxalq əlaqələrin inkişafı istiqamətində
yeni proseslər başladı.
Ulu Öndər müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı
qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin suverenliyinin qorunub
saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata
keçirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki
çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü
müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə
ediləndən sonra keçən dövrdə bu sahədə az işlər görülmüşdür. Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir
ordunun yaradılması bizim əsas vəzifəmizdir. Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi altında əldə etdiyimiz Böyük Zəfərin, ölkəmizin ərazi bütövlüyü
və suverenliyinin bərpasının təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur.
Ümummilli Liderin dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir,
yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da
göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.
Milli qurtuluş anlayışı yalnız 1993-cü ilin konkret siyasi hadisələri ilə
məhdudlaşmır. Bu anlayış Azərbaycanın dövlətçilik tarixinin müxtəlif
mərhələlərində müstəqillik, milli birlik və dövlət suverenliyi uğrunda aparılan
mübarizənin davamı kimi də xarakterizə olunur. Heydər Əliyevin siyasi
fəaliyyətində azərbaycançılıq ideologiyasının xüsusi yer tutması xalqın milli-
mənəvi dəyərləri, dövlətçilik ənənələri və milli həmrəyliyin möhkəmləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu gün də Azərbaycan xalqı həmin tarixi dərsləri unutmadan, milli qurtuluşun
təməl prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu
xətt uğurla davam etdirilir və Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir.
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatını əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

