4 Oktyabr – Cəbrayıl şəhər günü
02.10.2026 [11:03]
4 Oktyabr Azərbaycan xalqının yaddaşında mühüm tarixi kimi əbədi qalacaqdır. Bəli Bu tarix 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün kimi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edilmişdir. Cəbrayılın azad edilməsi Vətən müharibəsinin gedişində mühüm strateji və mənəvi əhəmiyyət daşıyan hadisələrdən biri olmuşdur. Cəbrayıl şəhəri müharibə zamanı işğaldan azad edilən ilk şəhər olmuş və bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, qəhrəmanlığını və əzmini nümayiş etdirmişdir. Bu tarixi qələbənin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin böyük qəhrəmanlığı, fədakarlığı və Vətən sevgisi mühüm rol oynamışdır. Cəbrayıl uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların göstərdiyi şücaət Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutur. 4 Oktyabr yalnız hərbi qələbənin deyil, həm də doğma torpaqlara qayıdışın və Böyük Qayıdış prosesinin rəmzlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması müəyyən edilmişdir. Cəbrayılın azad edilməsindən sonra şəhərin və rayonun bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və infrastrukturun yaradılması Cəbrayılın müasir və dayanıqlı şəhər kimi yenidən qurulmasına xidmət edir. Bu proses doğma yurdlarından uzun illər ayrı düşmüş insanların öz torpaqlarına qayıdışına şərait yaradır. Cəbrayıl şəhərinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Cəbrayıl yalnız keçmişin xatirəsini yaşadan şəhər deyil, həm də gələcəyə doğru inkişaf edən, yeni həyatın qurulduğu bir məkandır. Cəbrayılın azad edilməsi xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının tarixi göstəricisidir. 4 Oktyabr tarixi gənc nəsil üçün Vətənə bağlılıq, milli dəyərlərə sədaqət, birlik və dövlətçilik ənənələrinə hörmət baxımından mühüm örnəkdir. Bu əlamətdar gündə Cəbrayılın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Maqsud Əhmədzadə
YAP Yasamal rayon təşkilatının fəal gənci
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

