4 Oktyabr – Cəbrayılın Zəfərdən dirçəlişə uzanan yolu
02.10.2026 [10:59]
Azərbaycan tarixinin elə səhifələri var ki, onları vərəqlədikcə bir xalqın
əzmi, iradəsi, Vətən sevgisi və azadlıq uğrunda mübarizəsi göz önündə canlanır.
Bu səhifələrdə bəzən illərlə davam edən həsrətin ağrısı, bəzən qəhrəmanlıqla
yazılan Zəfərin qüruru, bəzən də doğma yurda qayıdışın sözlə ifadə olunmayan
sevinci əks olunur. 4 oktyabr – Cəbrayıl Şəhəri Günü bütün bu duyğuları özündə
birləşdirən, Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan əlamətdar
tarixdir. Bu gün bir şəhərin azadlıq salnaməsi olmaqla yanaşı, xalqımızın sarsılmaz
iradəsinin, milli birliyinin və Vətən torpağına sonsuz bağlılığının təcəssümüdür.
Otuz ilə yaxın davam edən yurd həsrətinin Zəfər sevinci ilə əvəzləndiyi bu tarix
Cəbrayılın taleyində yeni bir dövrün başlanğıcını qoydu.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Cəbrayıl zəngin tarixi,
mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilən bölgələrimizdəndir. Lakin 1993-cü
il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması rayonun
həyatında ağır və faciəli bir mərhələnin başlanmasına səbəb oldu. İşğal nəticəsində
rayonun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi düşmən nəzarətinə keçdi, minlərlə sakin
doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur
oldu. Yaşayış məntəqələri dağıdıldı, sosial infrastruktur sıradan çıxarıldı, əsrlərin
yadigarı olan tarixi-mədəni abidələrə ciddi ziyan dəydi.
Bütün çətinliklərə baxmayaraq, cəbrayıllılar doğma torpaqlarına qayıtmaq
ümidini heç vaxt itirmədilər. Onlar yaşadıqları müxtəlif bölgələrdə öz adət-
ənənələrini, milli-mənəvi dəyərlərini qoruyaraq Cəbrayıl sevgisini gələcək
nəsillərə ötürdülər. Doğma evlərin, kəndlərin, uşaqlıq xatirələrinin həsrəti illər
keçdikcə daha da dərinləşsə də, qayıdış inamı sönmədi. Bu inamın gerçəkləşməsi
istiqamətində atılan ilk mühüm addımlardan biri 1994-cü il yanvarın 5-də Horadiz
əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi oldu. 2016-cı
ilin Aprel döyüşləri zamanı Lələtəpə strateji yüksəkliyinin və ətraf ərazilərin azad
olunması isə doğma yurda qayıdış ümidlərini daha da gücləndirdi. Cocuq
Mərcanlının yenidən qurulması və sakinlərinin doğma kəndlərinə qayıtması Böyük
Qayıdışın ilk nümunələrindən biri kimi tarixə düşdü.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda mübarizədə həlledici mərhələyə çevrildi.
Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad
edilməsinə başlanıldı. Cəbrayıl rayonu uğrunda gedən döyüşlər müharibənin
mühüm istiqamətlərindən biri oldu. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi
qəhrəmanlıq, yüksək döyüş hazırlığı və qətiyyət nəticəsində rayonun yaşayış
məntəqələri mərhələlərlə işğaldan azad edildi. Böyük Mərcanlı və Rüzgar
kəndlərinin müharibənin ilk günü azad olunması Cəbrayıl istiqamətində əldə edilən
ilkin uğurlardan idi.
Nəhayət, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi
Azərbaycan xalqının Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsinin
ilk həftəsində əldə olunan bu mühüm uğur hərbi-strateji əhəmiyyəti ilə yanaşı,
böyük mənəvi və siyasi məna daşıyırdı. Cəbrayılın azadlığı digər ərazilərimizin
işğaldan qurtarılması istiqamətində yeni imkanlar yaratdı, uzun illər doğma
torpaqlarından ayrı düşmüş sakinlərin qayıdış arzusunu gerçəyə çevirdi. Şəhərin
azad olunması Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş
etdirən tarixi hadisələrdən biri kimi yaddaşlara həkk olundu.
Bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə
4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, hər il qeyd olunan bu tarix
Cəbrayılın azadlığının, Vətən müharibəsində qazanılmış Zəfərin və doğma yurda
qayıdışın rəmzinə çevrildi. Cəbrayıl şəhərində və Xudafərin körpüsündə
Azərbaycan bayrağının ucaldılması isə dövlət suverenliyimizin və tarixi ədalətin
bərpasının rəmzi hadisələri kimi xüsusi əhəmiyyət daşıyır.
Cəbrayılın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı
xalqımızın yaddaşında əbədi yaşayacaq. Vətən torpaqlarının bütövlüyü uğrunda
göstərilən fədakarlıq, əsgər və zabitlərimizin şücaəti, qazilərimizin mübarizliyi bu
tarixi Zəfərin mənəvi təməlini təşkil edir. Bu gün azad edilmiş torpaqlarda
dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, ordumuzun qəhrəmanlığı və
xalqımızın sarsılmaz iradəsi bahasına əldə edilmiş qələbənin təcəssümüdür.
Cəbrayıl Şəhəri Günü həm də Vətən uğrunda həyatını fəda edən qəhrəmanların
xatirəsinə ehtiramın, onların müqəddəs amalına sədaqətin ifadəsidir.
Tarixi Zəfərdən sonra Cəbrayılın qarşısında yeni inkişaf mərhələsi açıldı.
İşğal illərində dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun
yaradılması və sosial-iqtisadi həyatın bərpası istiqamətində genişmiqyaslı
layihələrin icrasına başlanıldı. Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl
tədbirlər nəticəsində şəhərdə yaşayış binaları, yollar, kommunikasiya xətləri,
parklar, istirahət guşələri, uşaq oyun və idman meydançaları inşa edilir. Müasir
şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr Cəbrayılın həm tarixi
simasının qorunmasına, həm də müasir yaşayış məkanına çevrilməsinə xidmət edir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri,
Cəbrayılda aparılan quruculuq işləri ilə yaxından tanış olması, təməlqoyma və
açılış mərasimlərində iştirakı bölgənin inkişafına göstərilən diqqətin ifadəsidir. Bu
səfərlər çərçivəsində verilən tapşırıq və tövsiyələr bərpa prosesinin sistemli şəkildə
həyata keçirilməsinə istiqamətlənib. Cəbrayılın yenidən qurulması yalnız
dağıdılmış infrastrukturun bərpasını deyil, həm də sakinlərin təhlükəsiz, rahat və
firavan yaşayışı üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur.
Böyük Qayıdış proqramı çərçivəsində cəbrayıllıların doğma torpaqlarına
mərhələli şəkildə köçürülməsi şəhərin dirçəlişində mühüm mərhələdir. Uzun illər
yurd həsrəti ilə yaşayan ailələrin öz evlərinə qayıtması, doğma şəhərin küçələrində
yenidən həyatın canlanması tarixi ədalətin bərpasının real nəticəsidir. Cəbrayıl
şəhərində 117 ailədən ibarət 364 nəfərin daimi məskunlaşması qayıdış prosesinin
mühüm göstəricilərindəndir. Sakinlərin müasir yaşayış binaları ilə təmin edilməsi,
onların sosial-məişət ehtiyaclarının qarşılanması və zəruri infrastrukturun
yaradılması doğma yurdda davamlı həyatın qurulmasına xidmət edir.
Böyük Qayıdışın uğurla davam etdirilməsi üçün yaşayış şəraitinin
yaradılması ilə yanaşı, iqtisadi fəallığın artırılması və məşğulluğun təmin edilməsi
də xüsusi əhəmiyyət daşıyır. Cəbrayılın əlverişli coğrafi mövqeyi, nəqliyyat
bağlantıları və sərhədyanı ərazidə yerləşməsi yeni iqtisadi imkanlar yaradır. Araz
Vadisi İqtisadi Zonası rayonun sənaye və sahibkarlıq potensialının inkişafı
baxımından mühüm layihələrdən biridir. Burada istehsal və xidmət sahələrinin
genişləndirilməsi, yeni müəssisələrin yaradılması əhalinin məşğulluğuna, yerli
iqtisadiyyatın canlanmasına və bölgənin ümumi inkişafına töhfə verə bilər.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi də Cəbrayılın regional iqtisadi
əlaqələrdə rolunun artmasına şərait yaradır.
Cəbrayılın gələcək inkişafında tarixi-mədəni irsin qorunması və turizm
imkanlarının genişləndirilməsi də mühüm yer tutur. Xudafərin körpüləri və digər
tarixi abidələr bölgənin zəngin keçmişini əks etdirməklə yanaşı, Azərbaycanın
milli-mədəni irsinin ayrılmaz hissəsidir. Bu abidələrin mühafizəsi və bərpası,
ətrafında müvafiq infrastrukturun yaradılması onların gələcək nəsillərə
çatdırılmasına və turizm potensialının reallaşdırılmasına imkan verəcək. Eyni
zamanda, Cəbrayılın strateji mövqeyi nəzərə alınaraq sərhəd təhlükəsizliyinin
təmin olunması istiqamətində də tədbirlər görülür. Dövlət Sərhəd Xidmətinin hərbi
hissəsinin yaradılması bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.
Cəbrayılın azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün Böyük Qayıdış
və quruculuq prosesi ilə davam edir. Bir zamanlar işğalın ağır nəticələri ilə
üzləşmiş şəhərdə indi yeni yaşayış məhəllələri salınır, infrastruktur yenilənir,
sakinlər doğma yurdlarına qayıdırlar. Bu mənzərə Azərbaycan xalqının
torpaqlarına bağlılığının, dövlətin bərpa siyasətinin və Zəfərdən sonra qarşıya
qoyulan inkişaf məqsədlərinin ifadəsidir.
4 oktyabr – Cəbrayıl Şəhəri Günü azadlığın, qəhrəmanlığın, milli birliyin və
gələcəyə inamın təcəssümüdür. Bu əlamətdar tarix illərlə yurd həsrəti çəkən
insanların qayıdış sevincini, şəhidlərimizin müqəddəs xatirəsini və Azərbaycan
Ordusunun tarixi Zəfərini özündə birləşdirir. Cəbrayılın yenidən qurulması, iqtisadi
potensialının reallaşdırılması və sakinlərinin doğma torpaqlarında davamlı
məskunlaşması şəhərin yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Bu gün
Cəbrayılın hər bir küçəsində, hər bir yaşayış məhəlləsində yenidən canlanan həyat
Azərbaycanın Zəfərdən sonra başladığı quruculuq salnaməsinin mühüm səhifəsidir.
Cəbrayılın azadlıqdan dirçəlişə uzanan yolu isə xalqımızın tarixi yaddaşında daim
yaşayacaq.
Xədicə Hüseynzadə
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
22 Oktyabr 13:38
Gündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07

