Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayılın azadlıq və dirçəliş dastanı

Cəbrayılın azadlıq və dirçəliş dastanı

02.10.2026 [10:58]

Azərbaycanın hər bir qarış torpağı tarixi, mədəniyyəti və qəhrəmanlıq
salnaməsi ilə zəngindir. Lakin elə müqəddəs məkanlar var ki, onların adları
xalqımızın yaddaşında həm də qürur, ləyaqət və haqqın bərpası simvolu kimi
əbədiləşib. Həmin mübarizə və zəfər məkanlarından biri də 4 Oktyabrda azad
olunmuş qədim və əzəmətli Cəbrayıl şəhəridir. Uzun illər düşmən tapdağı altında
qalmış, viran qoyulmuş, lakin ruhu heç vaxt sındırılmamış bu torpaq Azərbaycan
əsgərinin dəmir iradəsi və qəhrəmanlığı sayəsində öz əsl sahiblərinə qovuşdu.
Cəbrayılın azad edilməsi tariximizə yalnız bir hərbi uğur kimi deyil, həm də
xalqımızın otuz illik həsrətinə son qoyan parlaq bir səhifə kimi yazıldı. İllər boyu
yurdsuz qalan, xatirələrini qəlblərində yaşadan cəbrayıllılara uzun illərin ardından
Zəfər sevinci bəxş olundu. 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü hər il bu qürurun,
ədalətin bərpasının və torpağa bağlılığın təntənəsi kimi qeyd olunur. Bu gün yalnız
bir ərazinin işğaldan azad edilməsi deyil, həm də milli birliyin, dövlət gücünün və
sərkərdə qətiyyətinin təntənəsidir. Cəbrayılın işğaldan azad olunması Vətən
müharibəsinin gedişatında həm strateji, həm də mənvi baxımdan həlledici dönüş
nöqtələrindən biri oldu. Azərbaycan Ordusunun cənub cəbhəsində həyata keçirdiyi
uğurlu hərbi əməliyyatlar düşmənin müdafiə xəttini yarıb keçdi, Azərbaycan
bayrağını doğma torpaqlarda yenidən dalğalandırdı. Bu qələbənin əldə
olunmasında hərbçilərimizin göstərdiyi şücaət, qəhrəmanlıq və canlarından
keçməyə hazır olmaları xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bugünkü Cəbrayıl tamamilə yeni bir mərhələni yaşayır. Dağıdılmış
küçələrin, viran qoyulmuş evlərin yerində bu gün sürətli bərpa və quruculuq işləri
aparılır. Müasir infrastrukturun yaradılması, yeni yolların çəkilməsi, sosial
obyektlərin istifadəyə verilməsi və əhalinin doğma yurdlarına qayıdışı - Böyük
Qayıdış proqramı Cəbrayıl torpağına həyatın yenidən qayıtdığını göstərir. İşğal
dövründə qarət olunan və daş üstə daş qalmayan bu torpaqlarda indi həqiqi mənada
yeni bir dövr başlayır. Cəbrayıl sakinləri ata-baba yurdlarına qayıdaraq orada azad,
firavan və təhlükəsiz həyat qururlar.
Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun Vətən
müharibəsində həyata keçirdiyi hərbi strategiyanın və şücaətin şah əsərlərindən
biridir. Cənub-qərb istiqamətində yerləşən bu strateji rayonun relyefi kifayət qədər
mürəkkəb olsa da, müzəffər Silahlı Qüvvələrimiz düşmənin illər ərzində qurub
yaratdığı möhkəmləndirilmiş istehkamları qısa müddət ərzində darmadağın etdi.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad
edilməsi cəbhənin digər istiqamətlərində də əməliyyat şəraitini kökündən dəyişdi
və düşmənin müqavimət gücünü qırdı. Bu qələbə Ali Baş Komandanın rəhbərliyi

ilə həyata keçirilən hərbi-siyasi kursun qətiyyətini və Azərbaycan əsgərinin
peşəkarlığını bütün dünyaya bir daha nümayiş etdirdi.
Tarixən qədim ticarət yollarının kəsişməsində yerləşən, zəngin maddi-mədən
irsinə, ecazkar təbiətə və qədim abidələrə sahib olan Cəbrayıl işğal illərində misli
görünməmiş vandalizmə məruz qalmışdı. Erməni işğalçıları rayonun şəhər və
kəndlərini yerlə-yeksan etmiş, tarixi abidələrimizi, məscidlərimizi dağıtmış, təbiətə
və ekologiyaya sağalmaz yaralar vurmuşdular. Lakin bu qəddar siyasət
cəbrayıllılıq ruhunu, torpaq sevgisini silə bilmədi. Otuz il boyunca hər bir
cəbrayıllı doğma yurda qayıdacağına, həmin torpaqlarda yenidən azad səsinin
ucalacağına inamla yaşadı.Bu gün isə həmin inam gerçəkliyə çevrilib. Azad olunan
Cəbrayıl torpağında dövlət başçısının xüsusi diqqət və qayğısı ilə misilsiz bərpa və
quruculuq layihələri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində
Cəbrayıl şəhərində və ətraf yaşayış məntəqələrində müasir yaşayış kompleksləri,
məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, mühüm infrastruktur
layihələri icra olunur. Eyni zamanda, rayonda yaradılan Cəbrayıl Substansiyası,
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və digər strateji obyektlər bölgənin
təkcə yaşayış məntəqəsi deyil, həm də regionun mühüm iqtisadi və logistik
mərkəzinə çevriləcəyini göstərir. Doğma yurdlarına qayıdan sakinlərin həyatı üçün
bütün zəruri şəraitin yaradılması bu torpaqlara əsl həyatın, əbədi baharın
qayıtdığının əyani sübutudur.
Xalqımızın qəhrəmanlıq salnaməsində və milli yaddaşında əbədi yaşayacaq
4 Oktyabr - Cəbrayıl Şəhəri Günü təkcə bir yaşayış məntəqəsinin azad edilməsinin
ildönümü deyil, həm də ədalətin, milli ləyaqətin və iradənin təntənəsidir. Otuz illik
həsrətə son qoyan bu tarixi Zəfər Azərbaycan xalqının birliyinin, dövlətinin
gücünün və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan sarsılmaz
qələbənin əyani sübutudur. Cəbrayılın hər qarışında qan tökən, canından keçən igid
Vətən övladlarının xatirəsi hər zaman ehtiramla yad olunacaq, onların
qəhrəmanlığı gələcək nəsillərə unudulmaz bir dürüstlük və vətənpərvərlik dərsi
olaraq qalacaqdır.
Bu gün viran qoyulmuş torpaqlarda ucalan yeni binalar, çəkilən yollar,
həyata keçirilən genişmiqyaslı quruculuq işləri və doğma ocaqlarına qayıdan
sakinlərin sevinc dolu baxışları onu göstərir ki, Cəbrayıl daha güclü, daha gözəl və
əzəmətli şəkildə dirçəlir. "Böyük Qayıdış" ideyasının təntənəsini yaşadan bu
müqəddəs torpaq artıq əbədi olaraq sahiblərinə qucaq açıb və orada həyat bütün
gözəlliyi ilə yenidən başlayıb. Cəbrayılın azad, firavan və işıqlı sabahı müzəffər
xalqımızın qürurla addımladığı əbədi gələcəyin garantıdır.
Kərimova Türkanə
YAP Babək rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31