3 oktyabr 1993-cü il – dövlətçiliyin möhkəmləndiyi və inkişaf yolunun müəyyənləşdiyi gün
02.10.2026 [09:31]
Azərbaycanın müasir dövlətçilik tarixində elə mühüm siyasi hadisələr var ki, onların tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın şəkildə üzə çıxır. 3 oktyabr 1993-cü il prezident seçkiləri də məhz belə dönüş xarakterli hadisələrdən biridir. Həmin gün Azərbaycan xalqının böyük əksəriyyətinin iradəsi ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi seçim oldu. Bu seçim müstəqilliyin ilk illərində ciddi siyasi, sosial və təhlükəsizlik sınaqları ilə qarşılaşan Azərbaycanın dövlətçilik əsaslarının qorunması və möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoydu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində peşəkarlıq, siyasi məsuliyyət, uzaqgörənlik və milli maraqlara əsaslanan yanaşma ön plana çıxdı. İlk növbədə ölkədə sabitliyin və ictimai-siyasi asayişin təmin olunmasına xüsusi diqqət yetirildi. Dövlət çevrilişi cəhdlərinin və silahlı qarşıdurmaların qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması Azərbaycanın normal inkişafı üçün zəruri siyasi mühitin formalaşmasına imkan verdi. Bununla yanaşı, dövlət institutlarının möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və milli ordu quruculuğunun sürətləndirilməsi müstəqilliyin etibarlı müdafiəsi baxımından mühüm addımlar oldu.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında hüquqi dövlət quruculuğu da xüsusi yer tuturdu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirdi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini təsbit etdi. İnsan hüquq və azadlıqlarının təmin olunması, hakimiyyətlərin bölünməsi prinsipi və dövlət institutlarının fəaliyyətinin hüquqi çərçivəsinin formalaşdırılması ölkənin siyasi sisteminin inkişafı üçün mühüm zəmin yaratdı. Sonrakı dövrdə həyata keçirilən hüquqi və institusional islahatlar, o cümlədən məhkəmə və hüquq sistemində aparılan dəyişikliklər dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət etdi.
Ulu Öndərin siyasəti yalnız daxili sabitliyin və dövlət institutlarının möhkəmləndirilməsi ilə məhdudlaşmırdı. Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi də həmin strategiyanın əsas istiqamətlərindən biri idi. Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi üçün yeni imkanlar yaratdı. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq müstəvidə ifşası və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi istiqamətində aparılan ardıcıl diplomatik fəaliyyət sonrakı mərhələlər üçün mühüm siyasi baza formalaşdırdı.
Bu strateji irs cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirildi. Ardıcıl siyasi kurs nəticəsində Azərbaycanın iqtisadi potensialı genişləndi, sosial inkişaf sürətləndi, müdafiə imkanları və ordu quruculuğu yeni mərhələyə yüksəldi, ölkənin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Güclü iqtisadiyyat, güclü dövlət və güclü ordu konsepsiyası 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi-siyasi yolla bərpası ilə nəticələndi. 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpası Azərbaycan tarixinin mühüm nailiyyətlərindən birinə çevrildi.
Bütün bunlar göstərir ki, 3 oktyabr 1993-cü il yalnız prezident seçkisinin keçirildiyi tarix kimi qiymətləndirilə bilməz. Bu tarix müstəqil Azərbaycanın böhran və qeyri-sabitlik mərhələsindən sabitlik, inkişaf və güclənmə mərhələsinə keçidinin siyasi başlanğıcı kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası zamanın sınaqlarından keçərək öz davamlılığını və siyasi əhəmiyyətini nümayiş etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kursun müasir mərhələdə davam etdirilməsi Azərbaycanın suverenliyi tam təmin olunmuş, beynəlxalq mövqeləri möhkəmlənən və gələcəyə inamla addımlayan güclü dövlət kimi inkişafına şərait yaradıb.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxGündəm
22 Oktyabr 12:59
Siyasət
22 Oktyabr 12:48
Siyasət
22 Oktyabr 12:48
YAP xəbərləri
22 Oktyabr 12:26
Siyasət
22 Oktyabr 12:24
Siyasət
22 Oktyabr 11:19
İqtisadiyyat
22 Oktyabr 10:53
Analitik
22 Oktyabr 10:25
Siyasət
22 Oktyabr 10:24
YAP xəbərləri
22 Oktyabr 10:06
YAP xəbərləri
22 Oktyabr 09:46
İqtisadiyyat
22 Oktyabr 09:42
Analitik
22 Oktyabr 09:16
Siyasət
22 Oktyabr 09:10
Sosial
22 Oktyabr 08:50
MEDİA
22 Oktyabr 08:38
Gündəm
22 Oktyabr 08:13
Sosial
22 Oktyabr 08:02
Sosial
22 Oktyabr 08:01
Sosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49

