Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada meduzaların kütləvi axını ilə əlaqədar üç nüvə reaktorunun fəaliyyəti dayandırılıb

Fransada meduzaların kütləvi axını ilə əlaqədar üç nüvə reaktorunun fəaliyyəti dayandırılıb

12.08.2026 [22:35]

Fransanın şimalında yerləşən Qravelin Atom Elektrik Stansiyasının üç reaktorunun fəaliyyəti dəniz suyunun vurulması məntəqələrinə çox sayda meduzanın daxil olması səbəbindən dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın elektrik enerjisi şirkəti olan “EDF” məlumat yayıb.

Bildirilib ki, bu vəziyyət qurğuların və personalın təhlükəsizliyinə, eləcə də ətraf mühitə təsir göstərmir. Meduzaların kütləvi şəkildə suqəbuledici sistemlərə daxil olması filtrasiya qurğularının tutulmasına səbəb ola bildiyi üçün qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, Qravelin Atom Elektrik Stansiyasında qurğuların soyudulması üçün Şimal dənizinin suyundan istifadə olunur.

Paylaş:
Baxılıb: 362 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30