Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aysel Hüseynova: Möminə Xatun türbəsi orta əsr Şərq memarlığının nadir sənət nümunəsidir

Aysel Hüseynova: Möminə Xatun türbəsi orta əsr Şərq memarlığının nadir sənət nümunəsidir

12.08.2026 [17:45]

Möminə Xatun türbəsi Azərbaycanın orta əsr memarlığının ən möhtəşəm nümunələrindən, böyük memar Əcəmi Naxçıvaninin şah əsərlərindən biridir. Türbənin memarlıq quruluşu və bədii tərtibatı Əcəmi Naxçıvaninin yüksək sənətkarlıq məharətini nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova deyib.

O bildirib ki, onüzlü monumental gövdəsi, mürəkkəb həndəsi ornamentləri, kufi kitabələri, firuzəyi kaşı işləmələri və daxili günbəzdəki medalyonlar Möminə Xatun türbəsini orta əsr Şərq memarlığının nadir sənət nümunələrindən birinə çevirir.

“Möminə Xatun türbəsinin əhəmiyyəti yalnız onun memarlıq xüsusiyyətləri ilə məhdudlaşmır. Abidə Azərbaycanın qədim dövlətçilik ənənələrinin, yüksək mədəniyyətinin və Naxçıvanda formalaşmış zəngin memarlıq məktəbinin mühüm maddi ifadəsidir. Bu baxımdan Möminə Xatun türbəsinin qorunması və gələcək nəsillərə çatdırılması milli-mədəni irsimizin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə memar bildirib.

Paylaş:
Baxılıb: 356 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30