Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

10.08.2026 [19:55]

Qərbi Avropada iyun və iyul aylarında indiyədək görünməmiş istilər qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının “Copernicus” İqlim Dəyişmələri Xidmətinin məlumatına görə, regionda, o cümlədən Almaniyada, iki ay üzrə orta temperatur 21,62 dərəcə Selsi təşkil edib. Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən 2,79 dərəcə yüksəkdir.

Məlumatda qeyd olunub ki, temperatur artımı Avropanın bütün ərazilərində eyni olmayıb. Qərbdə yüksək istilər müşahidə edilərkən, Şərqi Avropa və Skandinaviyanın bəzi hissələrində hava nisbətən mülayim keçib.

İsti hava ilə yanaşı, quraqlıq və meşə yanğınları da geniş yayılıb. Xüsusilə İberiya yarımadası və Fransanın bəzi bölgələrində çaylarda suyun səviyyəsi kəskin azalıb. Reyn, Sena və Dunay çaylarında da bəzi ərazilərdə qeyri-adi aşağı göstəricilər qeydə alınıb.

Dünya okeanlarında da temperatur rekordları yenilənib. İyulda dəniz səthinin orta temperaturu 20,96 dərəcə olub. Bu, həmin ay üçün indiyədək qeydə alınmış ən yüksək göstəricidir. İsti hava və quraqlığın bir-birini gücləndirərək iqlim dəyişmələrinin təsirlərini daha da artırdığı bildirilir.

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30