Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

31.07.2026 [21:42]

İspaniya hökuməti Mərakeşlə sərhəddə yerləşən Seuta anklavında miqrant axınının kəskin artması fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Pedro Sançes vəziyyəti yerində qiymətləndirmək üçün daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edib. Hökumətin qərarına əsasən, şəhərə əlavə hərbçilər və polis qüvvələri göndərilib.

Son günlər minlərlə miqrant Mərakeşdən dəniz yolu və sərhəd maneələrini aşaraq Seutaya daxil olub. Qəbul mərkəzlərinin dolduğu, çoxlu sayda miqrantın açıq havada gecələdiyi bildirilir. Bir sıra media orqanları azı 18 nəfərin həyatını itirdiyini yazır.

Avropa İttifaqı (Aİ) da böhranın qarşısını almaq üçün İspaniyaya dəstək təklif edib. Aİ-nin miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner vəziyyətin nəzarətə götürülməsi məqsədilə “Frontex” vasitəsilə əlavə yardım göstərməyə hazır olduqlarını açıqlayıb.

İspaniya Ali Məhkəməsinin bu ay qəbul etdiyi qərardan sonra Seutaya dəniz yolu ilə çatan miqrantların dərhal geri qaytarılması mümkün olmadığından bölgədə miqrasiya təzyiqi daha da artıb. Məhkəmənin qərarında dəniz yolu ilə ölkə ərazisinə çatan şəxslərin fərdi araşdırma aparılmadan dərhal Mərakeşə geri qaytarılması qadağan edilib.

Paylaş:
Baxılıb: 383 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30