Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır
16.07.2026 [16:25]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunu nümayiş etdirən mühüm platformalardan biri oldu. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və ictimai xadimləri bir araya gətirən forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı və iştirakçıların suallarını cavablandırması regional və beynəlxalq gündəmin aktual məsələlərinə aydınlıq gətirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın xarici siyasətinin əsasını milli maraqların qorunması, müstəqil qərarvermə, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri təşkil edir. Bu siyasət nəticəsində Azərbaycan həm regionda, həm də daha geniş coğrafiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunur. Prezident Avropa Komissiyası ilə münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək bildirdi ki, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələr tərəflər arasında strateji tərəfdaşlığın uğurlu inkişafını təsdiqləyir. Azərbaycanın uzun illər ərzində bütün öhdəliklərini vaxtında yerinə yetirməsi ölkəmizin beynəlxalq etibarlılığını daha da gücləndirib.
Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn aliliyinin qlobal təhlükəsizlik və davamlı sülh üçün əsas şərt olduğunu xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət bütün beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir və bu prinsiplərə münasibətdə ikili standartlara yol verilməməlidir. Azərbaycanın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını bildirən Prezident regional əməkdaşlığın da məhz bu prinsiplər üzərində qurulmasının vacibliyini diqqətə çatdırdı. O, Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı nəqliyyat və logistika layihələrinin ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirdiyini qeyd etdi. Orta Dəhlizin inkişafı, müasir nəqliyyat infrastrukturu və beynəlxalq yükdaşımaların genişlənməsi Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır və region dövlətləri arasında iqtisadi inteqrasiyaya yeni imkanlar yaradır.
Çıxışın mühüm hissəsi enerji əməkdaşlığı və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına həsr olundu. Prezident xatırlatdı ki, 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair Bakıda imzalanan müqavilə regionun enerji xəritəsində yeni mərhələnin başlanğıcıdır. Bu layihə yaşıl enerjinin beynəlxalq bazarlara ixracını genişləndirəcək, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək. Dövlət başçısı həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin həm ikitərəfli, həm də daha geniş Avrasiya məkanında mühüm əhəmiyyət daşıdığını bildirərək vurğuladı ki, qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetlərindən biridir. Onun sözlərinə görə, ölkəmiz bütün tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmağa və regional sabitliyə töhfə verməyə davam edəcək.
Prezident İlham Əliyev forum çərçivəsində medianın müasir dövrdə üzərinə düşən məsuliyyətdən də danışdı. O qeyd etdi ki, informasiya müharibələrinin və dezinformasiyanın geniş yayıldığı bir şəraitdə peşəkar jurnalistika həqiqətin qorunmasında, ictimai etimadın formalaşmasında və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafında mühüm rol oynayır. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq əməkdaşlığın təşviqinə, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmləndirilməsinə, beynəlxalq hüququn aliliyinin müdafiəsinə real töhfələr verən dövlətdir. IV Şuşa Qlobal Media Forumu isə Şuşanın beynəlxalq dialoq mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzunu və dünya mediası ilə açıq əməkdaşlıq siyasətini bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

