Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

07.07.2026 [11:53]

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gələcək. Atlanta stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 8-nə keçən gecə isə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31