Beynəlxalq birlik Azərbaycana güclü dəstək göstərir
04.07.2026 [10:57]
Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Eyni zamanda, Azərbaycan yaranan yeni çağırışlar qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə güclü səy göstərir, öz nümunəsi ilə dinlər və mədəniyyətlərarası dialoqu təşviq edir, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər yaradır.
Bütün bunların da nəticəsi olaraq dünyada ölkəmizə böyük maraq yaranıb. Beynəlxalq səviyyədə Azərbaycana və onun Liderinə dərin hörmət bəslənildiyi aydın şəkildə müşahidə edilir. Prezident İlham Əliyev iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında ölkəmizin dünyada nüfuzunun artmasından, ləyaqətli dövlət kimi qəbul edilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb.
BMT-də 155 ölkənin yekdil dəstəyi
Xoş niyyətə və beynəlxalq prinsiplərə əsaslanan siyasət həyata keçirməsinin nəticəsidir ki, dünyada ölkəmizin dostlarının sayı getdikcə artır. Diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan İslam dünyasında olduğu kimi, Qərb dünyasında, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında da böyük məmnuniyyətlə qəbul olunur. Təsadüfi deyildir ki, təkcə son vaxtlarda Prezident İlham Əliyev həm Aİ çərçivəsində, həm də geniş İslam coğrafiyasında baş tutan mühüm beynəlxalq tədbirlərə fəxri qonaq qismində çoxsaylı dəvətlər alıb. Biz qürur duyuriuq ki, bu gün müstəqil Azərbaycan sıralarında təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu, dünyada çox az rast gəlinən nadir nümunələrdən biridir.
Hazırda Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Məlumdur ki, bəzi ölkələrin üzv olduqları beynəlxalq təşkilatlarda fəaliyyətləri daim öz umacaqlarını dilə gətirmələri ilə məhdudlaşır. Azərbaycan isə fəqrli nümunə sərgiləyir. Belə ki, ölkəmiz üzv olduğu təşkilatlardan yardımlar ummur, əksinə öz imkanlarını təqdim etməklə onların fəaliyyətinin səmərəliliyinin artmasına davamlı töhfələr verir. Bunu bütün dünya yeni növ koronavirus pandemiyası dönəmində respublikamızın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və ehtiyacı olan bir çox ölkələrə göstərdiyi dəstəyin timsalında aydın şəkildə gördü. Ölkəmizin bu qəbildən olan fəaliyyətləri bütün dünyada yüksək qiymətləndirlir. Prezident İlham Əliyev respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xatırladaraq bildirib: “Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır. Məsələn, namizədliyimiz müxtəlif təsisatlar üçün namizədlər siyahısında var idi və biz tam mütləq dəstəyi qazandıq. Bu hal bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasına namizəd olduğumuz zaman müşahidə edildi. O vaxt biz 155 ölkənin dəstəyini qazandıq”.
Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi.
Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. aktiv müzakirə olundu. 2012-ci il may ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.
O da qeyd edilməlidir ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan TŞ-dəki fəaliyyəti ilə dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi.
Qoşulmama Hərəkatında uğurlu təmsilçilik
Azərbaycanın müstəqillik tarixi cəmi 35 ili əhatə edir. Ancaq bu müddətdə ölkəmiz yalnız BMT çərçivəsində deyil, digər beynəlxalq təsisatlarda da böyük uğurlara imza atıb. Respublikamızın həmçinin sıralarında 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatının (QH) sədrliyinə namizədliyi də böyük beynəlxalq dəstək qazanıb. “Biz yekdilliklə seçildik və nəinki seçildik, sonradan sədrliyimiz müddəti yekdilliklə uzadıldı. Bütövlükdə, bu, beynəlxalq dəstəyin təzahürü idi”, - deyə dövlətimizin başçısı qürur hissi ilə bildirib.
Ölkəmiz 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək QH-na tamhüquqlu üzv qəbul olunub. Həmin dövrdən etibarən respublikamız qurumun fəaliyyət istiqamətlərinin genişlənməsinə, ideyalarının təşviqinə və həyata keçirilməsinə özünün sanballı töhfələrini verir. İndiyədək respublikamız QH-nin bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Zirvə görüşündən 30 il sonra Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edib. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Qürurverici haldır ki, bu gün Qoşulmama Hərəkatında Azərbaycana və onun Lideri İlham Əliyevə dərin hörmət bəslənilir. Azərbaycanın QH-da artan nüfuzunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub.
2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Öz növbəsində Qoşulmama Hərəkatına üzvlük və sədrliyin Azərbaycana töhfələri də böyük olub. 2012-ci ildə respublikamızın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH-na üzv dövlətlərin dəstəyi də öz rolunu oynayıb. Azərbaycan həmçinin Qoşulmama Hərəkatından ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması üçün səmərəli bir platform kimi istifadə edir. İndiyədək ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində daim dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmalarını göstərmək mümkündür. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.
Əla nəticələrlə yekunlaşan COP29 və WUF13 tədbirləri
Azərbaycan öz nümunəsində yalnız sülhə çağırış təşəbbüsləri irəli sürməklə kifayətlənmir, eyni zamanda, qlobal dialoq məkanı qismində çıxış edir. Ölkəmizdə yüksək standartlar səviyyəsində keçirilən müxtəlif tədbirlər dünyanı bir araya gətirməyə xidmət edir. İndiyədək Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Beynəlxalq Astronavtika Konqresini xatırlaya bilərik. Ölkəmizin son vaxtlarda ev sahibliyi etdiyi iki beynəlxalq tədbirin miqyası isə daha böyükdür. Söhbət Azərbaycanın məsuliyyətlə hazırlaşdığı COP29 və WUF13 tədbirlərindən gedir. Həmin tədbirlərin uğurla keçdiyini xatırladan Prezident İlham Əliyev “ İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə olmuşuq. Ən sonuncular arasında əla nəticələrlə seçilən 2024-cü ildə keçirilmiş uğurlu COP29 tədbirini qeyd etmək istərdim. Eyni zamanda, böyük beynəlxalq toplantılardan olan Ümumdünya Şəhərsalma Forumu ötən ay Azərbaycanda uğurla keçirilmişdir. Bir çox digər tədbirlər də gözlənilir”- deyə vurğulayıb.
Şübhəsiz ki, beynəlxalq ictimaiyyət Bakıda baş tutan hər iki tədbirin təəssüratlarını uzun müddət unutmayacaq. Məsuliyyətli dövlət olan Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 tarixə nümunəvi bir tədbir kimi düşüb. Azərbaycanın COP29-a yüksəksəviyyəli hazırlıqlar görməsi və Bakıda yaxşı nəticələrin əldə olunması respublikamızın gücünün və məsuliyyətinin təsdiqi ilə yanaşı, həm də ölkəmizin iqlim çağırışlarına çox həssas yanaşmasının bariz ifadəsidir.Respublikamız hər zaman öz gündəliyini qlobal çağırışlarla uzlaşdırıb. O cümlədən Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Eyni zamanda, Azərbaycan istehsalatda geniş ekoloji hədəflər müəyyənləşdrən ölkələr sırasında yer alır. Respublikamızı təmsil edən SOCAR 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib. Bundan başqa, respublikamızda zəngin potensiala əsaslanmaqla “yaşıl enerji”yə keçid də uğurlu bir prosesə çevrilib.
Azərbaycanın bu kimi reallıqları, həmçinin dövlətin qətiyyətli siyasi iradəsi COP29-da substantiv nəticələrin əldə olunmasına güclü şəkildə təsir göstərib. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasını COP29-un mühüm uğurlarından biri kimi dəyərləndirrmək mümkündür. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub. Eləcə də, İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması böyük nailiyyətdir.
Cari ilin may ayında Bakının ev sahibliyi etdiyi WUF13 tədbiri Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə baş tutub. 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı bu tədbir indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Azərbaycan ev sahibi ölkəsi olaraq bu platforma üzərindən özünün nümunəvi şəhərsalma təcrübəsini dünyaya təqdim etmək imkanı qazandı. Paytaxtımızda qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədi beynəlxalq birlik üçün böyük önəm daşıyır. Sənəddə 30 ili əhatə edən işğal dövründə ölkəmizin də məruz qaldığı urbisid, kultursid və ekosid kimi anlayışlara xüsusi vurğu edilir ki, bu da dünyaya bir çağırışdır. Tədbir çərçivəsində təqdim edilən “Bakı Şəhər Mükafatı”nı isə Azərbaycanın şəhər idarəçiliyi və urbanizasiya sahəsində beynəlxalq təşəbbüskar rolunu gücləndirməyə hesablanmış addımlardan biri kimi qiymətləndirmək mümkündür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31

