ABŞ qoşunlarını geri çəksə...
04.07.2026 [09:17]
Avropa ümidini Ankara sammitinə bağlayıb
NATO-nun Ankara sammiti öncəsi ABŞ ilə Avropa arasında yenidən gərginlik müşahidə olunmaqdadır. Belə ki, Pentaqon Avropada hərbi kontingentin ixtisarı üzrə yeni plan hazırlayır. Xatırladaq ki, hələ iyun ayında ABŞ müdafiə naziri Pit Heqset NATO-nu Avropadakı Amerika qoşunlarının sayının daha da azaldılması barədə məlumatlandırmağı planlaşdırırdı, lakin bu fikir sonradan rədd edildi. The Wall Street Journal öz mənbələrinə istinadən xəbər verir ki, Heqset ötən ay NATO-nun yüksək hərbi rəhbərliyi ilə görüşdə ABŞ-ın Avropadakı qüvvələrində daha da azaltmalara hazırlaşdığını elan etmək üçün Brüsselə getməyi planlaşdırırdı.
Lakin məqalədə bildirilir ki, Heqsetin təklifi Prezident Trampın həm də milli təhlükəsizlik üzrə müşaviri səlahiyyətlərini icra edən Dövlət katibi Marko Rubioya və digər yüksək vəzifəli şəxslərə açıqlandıqdan sonra rədd edilimişdi. Heqsetin İstanbulda keçiriləcək sammit zamanı NATO-nun hərbi rəhbərlərinə ABŞ-ın Avropada qoşun sayının əlavə azaldılmasına hazırlaşdığını bildirmək niyyətində olduğu qeyd edilir. Vurğulanır ki, Höqsetin təklifləri Avropadakı müttəfiqləri və aparıcı respublikaçıı konqresmenləri narahat edib. Xüsusilə, onlar bu cür hərəkətlərin NATO-ya zərər verəcəyindən və yalnız Rusiyaya kömək edəcəyindən qorxurlar.
Say azaldılır...
Qeyd edək ki, Ankara sammitində ABŞ prezidenti Donald Trampın NATO liderləri ilə görüşündə əsas müzakirə predmetlərindən birinin Amerika qoşunlarının sayı və müttəfiqlərin hərbi xərclərinin olacağı gözlənilir. WSJ əlavə edir ki, Avropadakı Amerika qoşunlarının sayının daha da azaldılması perspektivi hələ də aktualdır. Höqset və onun baş siyasət köməkçisi Elbrik Kolbi Avropada yerləşdirilən Amerika qoşunlarının sayını azaltmaq səylərində xüsusilə israrlıdırlar. Artıq uzun müddət idi ki, bu məsələ proiritet kimi ön plana çəkilirdi. İranla müharibə Heqset və Kolbiyə qoşun yerləşdirmələrini yenidən nəzərdən keçirmək üçün yeni bir fürsət təqdim etdi.
Heqsetin planı...
Qeyd edək ki, iyunun 18-də Heqset ABŞ-ın Avropadakı qoşun səviyyələrini yenidən nəzərdən keçirməyə başladığını elan etdi və NATO müttəfiqlərini “öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımadıqlarına” görə tənqid etdi. ABŞ Prezidenti Donald Tramp isə ABŞ-ın NATO-dan çıxmasını düşündüyünü və sonradan bu fikir ayrılıqlarını Qrenlandiyanı ilhaq etmək təklifi ilə əlaqələndirdiyini bildirdi. CNN-in xəbər verdiyi kimi, vəziyyət NATO-nun baş katibi Mark Rutte ilə Tramp arasında gərgin danışıqlarla daha da gərginləşdi və bundan sonra Amerika liderinin müttəfiqlərin İrana qarşı mövqeyindən “açıq-aşkar məyus” olduğu məlum oldu.
Eyni zamanda, ABŞ-ın Avropadakı mövcudluğu ilə bağlı ciddi qeyri-müəyyənlik yarandı: Pentaqon Şərqi Avropadan 10.000-ə qədər əsgərin geri çəkilməsi məsələsini nəzərdən keçirməyə başladı və sonradan Vaşinqtonun “NATO qüvvələri modelinə” hərbi töhfəsini kəskin şəkildə azaltmaq planları barədə məlumatlar ortaya çıxdı.
NATO sakitliyə çağırarkən və Avropanın artıq Trampın təhlükəsizlik xərclərinin artırılması ilə bağlı maliyyə tələblərini yerinə yetirdiyini bildirərkən, Avropa liderləri bu məsələ ilə bağlı birgə cavab hazırlayırlar.
ABŞ nələri geri çəkir?
O ki qaldı ki, kontingentin hansı parametrlər üzrə azaldılmasına, ABŞ kreyser və esmineslərinin təxminən yarısını, F-16 qırıcılarının üçdə birini və bütün uzunmənzilli kəşfiyyat dronlarını geri çəkmək niyyətindədir. Bu barədə Almaniyanın Welt qəzeti Amerika nümayəndələri tərəfindən alyansa təqdim edilən məxfi siyahıya istinadən məlumat yayıb. Qəzetin dediyi kimi, siyahı NATO üçün “böyük siyasi bomba” ehtiva edir və avropalılar üçün “acı həb” olacaq. Azaltmalar əsasən Sürətli Reaksiya Qüvvələrinin əvvəlki strukturunu əvəz edən sözdə NATO Qüvvə Modelinə təsir edəcək. Bu model hansı və neçə ittifaq qüvvəsinin ən tez - 10 gün ərzində, 10-30 gün ərzində və maksimum altı ay ərzində yerləşdirilə biləcəyini müəyyən edir. Quru, dəniz və hava qüvvələrinin imkanları belə qiymətləndirilir.
Siyahıya görə, amerikalılar iştiraklarını aşağıdakı kimi azaltmağı planlaşdırırlar:
Qırıcılar: Pentaqon tərəfindən təmin edilən 99 F-16-dan 63-ü qalacaq və 54 əvəzinə 36 F-15E qırıcısından istifadə ediləcək.
Dronlar: ABŞ bütün uzaqmənzilli kəşfiyyat dronlarını geri çağırır və MQ-9 Reaper kəşfiyyat və hücum dronlarının sayını təxminən yarıya qədər azaldır.
Bombardmançı eskadrilyalar: Belə iki eskadrilyadan biri ləğv ediləcək.
Təyyarə tankerləri: Səkkiz müasir KC-46 hava tankerinin hamısı geri çəkiləcək və hazırda NATO-da 71-i olan köhnə KC-135-lərdən 63-ü qalacaq.
Donanmalar: İki aviadaşıyıcı zərbə qrupundan biri, kreyser və esmines qruplarının demək olar ki, yarısı ilə birlikdə NATO-dan çıxarılacaq; Sualtı raket buraxılış imkanları planlardan tamamilə çıxarılacaq və Boeing P-8A Poseidon patrul təyyarələrinin sayı 26-dan 15-ə endiriləcək.
Cəmisi 3 gün qaldı...
“Die Welt”in məlumatına görə, bir çox əsas elementin yarıya və ya hətta tamamilə azaldılması Avropa üçün əhəmiyyətli problemlər yaradacaq və itkin düşmüş imkanları təkbaşına kompensasiya edə biləcəyi sualını doğuracaq. Bildirilir ki, Amerika dronlarının geri çəkilməsi, ehtimal ki, “ciddi zərbə” olacaq, çünki Avropa bu sahədəki imkanlarını yeni-yeni formalaşdırmağa başlayır. Nəşrin məlumatına görə, əsas məsələlərdən biri avropalıların növbəti addımları barədə razılığa gəlməli olduqları müddət olacaq. Sazişin 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında elan ediləcəyi gözlənilir. Bu o deməkdir ki, alyansın bütün fikir ayrılıqlarını həll etmək üçün cəmi bir neçə günü var.
NATO-nun hansı cinahı daha çox zəifləyəcək?
NATO müdafiə nazirliklərində müzakirələr iyunun ortalarından başlayıb. Bir hərbçi rəsmi qəzetə verdiyi şərhdə nikbinlik ifadə edərək, azalmaların şərq cinahından daha çox şimal və cənuba təsir etdiyini qeyd edib. Ekspertlər bildirirlər ki, geri çəkiləcək Amerika silahlarının siyahısı NATO-nun Atlantik okeanında və cənub cinahında imkanlarını şərq cinahından daha çox zəiflədəcək.
FT xəbər verir ki, ABŞ-ın Avropa müttəfiqləri bəzi Aİ siyasətçilərinin xəbərdarlıq etdiyi kimi, Rusiya ilə mümkün gələcək qarşıdurma fonunda əsas hərbi qüvvələrin geri çəkilməsi ilə bağlı Vaşinqtondan aydınlıq istəyirlər. Qəzet bir avropalı rəsmidən sitat gətirir ki, “Hələ də bu ixtisarların iki, üç və ya beş il ərzində baş tutacağını bilmirik”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19

