Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

17.06.2026 [12:36]

Azərbaycanda iyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacağı ehtimal edilir.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31