Tovuzda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir keçirilib
11.06.2026 [18:01]
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bir tarix – bir abidə: 15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin əbədi salnaməsidir” mövzusunda tədbir keçirilib.
YAP Tovuz rayon təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov və rayonun mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və taleyüklü mərhələlərindən biridir. O qeyd edib ki, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olunub, dövlət müstəqilliyi qorunub saxlanılıb və davamlı inkişafın əsası qoyulub.
Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi-mədəni irsinin qorunmasına da xüsusi önəm verib. Bu siyasət nəticəsində Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülüb.
Nihad Pənahov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və milli-mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfə verir.
Daha sonra çıxış edən Mədəniyyət şöbəsi Ərazi Partiya Təşkilatının sədri Flora Məsiyeva, partiya fəalları Aytac Əliyeva və Nigar Əhmədova qeyd ediblər ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan tarixi hadisə olmaqla yanaşı, ölkənin mədəni həyatında da yeni mərhələnin başlanğıcı olub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasətində mədəniyyətin inkişafı, yaradıcılıq mühitinin genişləndirilməsi və milli irsin gələcək nəsillərə çatdırılması mühüm yer tutub.
Çıxışçılar vurğulayıblar ki, bu gün Azərbaycan mədəniyyəti dövlət qayğısı sayəsində yeni inkişaf dövrünü yaşayır. Qeyd olunub ki, ölkəmizdə mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, yaradıcılıq ənənələrinin yaşadılması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən tədbirlər xalqımızın zəngin irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

