Səssiz qalmış irs: Unudulmuş milli çalğı alətləri
11.06.2026 [08:30]
Azərbaycan musiqi mədəniyyəti qədim köklərə söykənən zəngin irsdir. Bu irs əsrlər boyu xalqın həyat tərzini, düşüncə dünyasını və estetik zövqünü formalaşdırıb. O cümlədən milli çalğı alətlərimiz yalnız keçmişin musiqi vasitələri deyil, həm də milli yaddaşın daşıyıcılarıdır. Vaxtilə Azərbaycanda qopuz, çoğur, rübab, səntur, çəng, rud kimi çalğı alətləri geniş istifadə olunub. Lakin zaman keçdikcə bu musiqi alətlərinin bir qismi gündəlik istifadədən çıxaraq unudulub.
Ən qədim simli çalğı alətlərindən biri də qopuzdur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. 1960-cı ildə ABŞ arxeoloqlarının Cənubi Azərbaycanın Şuşdağı ərazisində apardıqları qazıntılar zamanı 6-cı minilliyə aid mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan biri də üzərində qopuz tutmuş ozanın təsvir edildiyi saxsı qabdır. Zamanla qopuzun yerini daha təkmilləşmiş musiqi aləti olan saz tutmuş, bu ənənə aşıq sənətində davam etdirilmişdir.
Rübab Şərq musiqi mədəniyyətində geniş yayılmış qədim simli musiqi alətlərindən biridir. Orta əsrlərdə Azərbaycanda da istifadə edilən bu alət incə və melodik səs tembri ilə seçilib, xüsusilə saray və klassik musiqi mühitində yer alıb. Lakin zaman keçdikcə musiqi zövqünün dəyişməsi və daha müasir simli alətlərin - xüsusilə tar və sazın geniş yayılması nəticəsində rübabın istifadəsi tədricən azalmışdır.
Səntur qədim mənşəyə malik olan, əsasən, Şərq xalqları arasında geniş yayılmış zərbli simli musiqi alətidir. Bu alət xüsusilə İran, Azərbaycan, Hindistan, İraq və Türkiyə kimi ölkələrdə müxtəlif formalarda istifadə olunub. Azərbaycanda səntur əvvəllər daha geniş yayılmış, lakin zaman keçdikcə tar, kamança və digər alətlərlə əvəzlənmişdir.
Qədim dövrlərdə saray və klassik musiqi mühitində geniş istifadə olunan bu alətlər, zamanla musiqi zövqünün dəyişməsi və yeni alətlərin yaranması nəticəsində istifadədən çıxmışdır. Bu proses təkcə musiqi inkişafı ilə deyil, həm də sosial və mədəni dəyişikliklərlə bağlıdır. Bununla belə, Azərbaycan dövləti milli mədəniyyətimizə davamlı qayğı göstərilməsini, mədəni irsin qorunmasını daim prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu mövzu ilə bağlı Ümummilli
Lider Heydər Əliyevin mədəniyyət haqqında fikri də xüsusi əhəmiyyət daşıyır: “Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır”.
Bu siyasətin nəticəsi olaraq ölkədə mədəniyyət tədbirlərində milli alətlərdən istifadə olunmasına geniş yer verilir. Eyni zamanda, muzeylər və mədəniyyət mərkəzləri vasitəsilə unudulmaqda olan musiqi alətləri yenidən ictimaiyyətə təqdim olunur. Qədim musiqi alətlərinin araşdırılması və qorunması təkcə mədəni məsələ deyil, həm də milli kimliyin və dövlətçilik ideologiyasının mühüm tərkib hissəsidir. Keçmişin səslərini yaşatmaq gələcək nəsillərə zəngin mədəni irs ötürmək deməkdir.
Ramidə ƏLİYEVA,
Bakı Dövlət Universitetinin tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

