Milli Qurtuluşdan Zəfərə Aparan Yol
10.06.2026 [13:00]
Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlar təkcə təqvim hadisəsi deyil, bütöv bir xalqın taleyini müəyyənləşdirən dönüş nöqtəsidir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin bugünkü qüdrətinin təməlinin qoyulması baxımından müstəsna əhəmiyyət daşıyır. 1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın parçalanmaq və vətəndaş müharibəsinə sürüklənmək təhlükəsindən xilas olmasına, sonrakı illərdə isə sabitlik, inkişaf və nəhayət Zəfər yoluna çıxmasına şərait yaratdı.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın işğalçılıq siyasəti, daxildə hökm sürən siyasi qarşıdurmalar, idarəetmədə yaranmış böhran və separatçılıq meylləri ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.
Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev ölkənin xilası missiyasını öz üzərinə götürdü. Məhz həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə həkk olundu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət institutları gücləndirildi, qanunçuluq bərpa edildi, iqtisadi islahatlara başlanıldı. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, xarici siyasətdə balanslaşdırılmış kurs formalaşdırıldı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu. Neft strategiyası Azərbaycanın gələcək iqtisadi qüdrətinin təmin edilməsində mühüm rol oynadı. Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin inkişafını sürətləndirdi, müstəqilliyin möhkəmlənməsinə xidmət etdi.
Milli Qurtuluşdan sonra formalaşan siyasi sabitlik və iqtisadi inkişaf Azərbaycan Ordusunun gücləndirilməsinə də geniş imkanlar yaratdı. Dövlətin hərbi potensialının artırılması, müasir silah və texnikaların alınması, peşəkar hərbi kadrların hazırlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, dövlətçiliyimizin xilası, müstəqilliyimizin qorunması və ölkəmizin tərəqqi yoluna qədəm qoymasının başlanğıcı kimi tarixə həkk olunmuşdur. 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrildi, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.
Azərbaycan xalqı Milli Qurtuluş Gününü artıq altı ildir ki, qalib xalq kimi böyük qürur və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayır. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə suverenliyimizin tam təmin edilməsi, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması dövlətimizin gücünün və məqsədyönlü siyasətinin bariz təzahürüdür. Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Azərbaycanın qazandığı bütün bu nailiyyətlərin əsasında isə 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Milli Qurtuluş Günü dövlətçilik tariximizin dönüş nöqtəsi olmaqla yanaşı, bugünkü uğurlarımızın və gələcək zəfərlərimizin möhkəm təməlidir.
Bu böyük Qələbə təsadüfi deyildi. Onun əsasında illərlə aparılan məqsədyönlü dövlət siyasəti, möhkəm iqtisadi təməl, güclü ordu quruculuğu və xalq-iqtidar birliyi dayanırdı.
Bu gün Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdış proqramı dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.
15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, milli birliyin və həmrəyliyin təntənəsidir. Bu tarixi gün müstəqilliyimizin qorunmasının, dövlətçiliyimizin möhkəmlənməsinin və gələcək uğurlarımızın başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanı sabitlikdən tərəqqiyə, tərəqqidən qüdrətə, qüdrətdən isə Zəfərə apardı.
Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, Milli Qurtuluşdan başlanan yol Azərbaycanın tarixi Zəfəri ilə nəticələnmiş, ölkəmiz regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Milli Qurtuluşdan Zəfərə aparan bu yol Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətçilik ənənələrinin parlaq təntənəsidir.Beləliklə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və dövlətçilik ideyaları Azərbaycanı davamlı tərəqqi və uğurlara doğru aparmaqdadır. Bu gün xalqımız böyük əminliklə inanır ki, Ulu öndərin siyasi kirsunun layiqli davaççısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlərə imza atacaq, əldə olunan uğurlar daha da möhkəmlənəcək və Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da gücləndirərək yeni zirvələr fəth edəcəkdir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

