Ermənistanda parlament seçkiləri...
09.06.2026 [09:17]
Paşinyanın partiyası qalib gəldi
Ermənistanda aylardır davam edən seçki marafonu başa çatıb. İyunun 7-də baş tutan seçkidə on səkkiz siyasi qüvvə iştirak edib və səsvermə proporsional sistem üzrə keçirilib. Qanuni olaraq müəyyən edilmiş minimum iştirak həddi olmayıb. Ermənistanda təxminən 2,5 milyon seçicinin səs vermək hüququ var. Xaricdə seçki məntəqələri qanunla nəzərdə tutulmayıb, amma xaricdə çalışan erməni diplomatları üçün elektron səsvermə təşkil edilib. Qeyd edək ki, Ermənistan qanunvericiliyə görə, partiyalar üçün keçid həddi 4 faiz, üç partiyadan ibarət bloklar üçün 8 faiz, dörd və ya daha çox partiyadan ibarət bloklar üçün isə 10 faiz olub. Seçki Məcəlləsinə görə, sabit parlament çoxluğu deputat yerlərinin 54 faizini qazanmaqla təmin edilir. Seçki nəticələri və ya siyasi koalisiyanın yaradılması yolu ilə sabit parlament çoxluğu formalaşmasa, təkrar seçki keçirilir.
İlkin nəticələr...
Qeyd edək ki, dünən günorta saatlarında Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Hovakimyan 7 iyun parlament seçkiləri zamanı nəticələrə təsir edə biləcək heç bir qanun pozuntusunun olmadığını vurğulayıb. Bildirilib ki, 2005 seçki məntəqəsinin nəticələri yekunlaşdırılıb, seçicilərin sayı 1 milyon 477 min 736 nəfərdir. Ermənistan mətbuatının yazdığına və Vahaqn Hovakimyanın bəyan etdiyi məlumatlara, MSK-nın protokoluna əsasən, 4 siyasi qüvvəyə verilən səslər aşağıdakı kimi paylanıb:
- Vətəndaş Müqaviləsi Partiyası - 727.160 və ya 49.825 faiz.
- Güclü Ermənistan Alyansı - 340.88 və ya 23.281 faiz.
- Ermənistan Alyansı - 145.113 və ya 9.934 faiz.
- Çiçəklənən Ermənistan Partiyası - 58.378 və ya 3.996 faiz.
Hovakimyan vurğulayıb ki, bu rəqəmlər ilkindir və qarşıda hələ də düzəliş və yenidən hesablama mərhələsi var, bu mərhələdə nəticələrin tam dəqiq olması üçün bütün səylər göstəriləcək. Hovakimyan həmçinin Mərkəzi Seçki Komissiyasının veb saytında dərc olunan məlumatlara elektron səsvermənin nəticələrinin daxil edilmədiyini, eyni zamanda, veb saytın sistemi tərəfindən aparılan faiz hesablamasının yüzdə birinə qədər yuvarlaqlaşdırıldığını da açıqlayıb. “Bu halda, biz bir səsin həddinə çox yaxın olan siyasi qüvvə üçün həlledici ola biləcəyi bir vəziyyətlə qarşılaşırıq. Hamının diqqətini buna cəlb etmək istərdim ki, bunlar ilkin nəticələrdir. Biz düzəliş və yenidən hesablama prosesindəyik, yəni nəticələrin bir səsə qədər dəqiq olması üçün bütün səylərimizi göstərməliyik və əldə etdiyimiz nəticə ideal olaraq Ermənistan Respublikası seçicilərinin iradəsini əks etdirməlidir”, - deyə Hovakimyan qeyd edib. Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının veb saytında səsvermə nəticələrinin dərc edilməsi üçün onlayn sistemə əsasən, Çiçəklənən Ermənistan Partiyasının səslərin 4 faizini aldığı göstərilmişdi ki, bu da keçid həddini təmin edir. Lakin sonradan Mərkəzi Seçki Komissiyasının sədri
Vaaqn Hovakimyanın təqdim etdiyi məlumatlardan məlum oldu ki, Çiçəklənən Ermənistan Partiyası səslərin 4 faizini toplamayıb.
Ermənistan mətbuatı yazır ki, elan edilmiş ilkin nəticələrə görə, Vətəndaş Müqaviləsi Partiyası parlamentdə mütləq çoxluğu - 64 yer qazanır. Güclü Ermənistan 29, Ermənistan bloku isə 12 yer əldə edir. Bu halda Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına formalaşdıracaq və baş naziri seçmək imkanı qazanacaq. Mandatlardan imtinanın mümkünlüyünü gəldikdə isə, bu hal parlamentin formalaşmasına mane olmayacaq və mandatlar digər siyasi qüvvələrə verilməyəcək.
“Üçbaşlı müharibə partiyası məğlub oldu”
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqını 7 iyun 2026-cı il parlament seçkilərində qələbə münasibətilə təbrik edib. Baş nazir bu barədə dünən Ermənistan parlamentinin daimi komitələrinin iclaslarında 2025-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı çıxışında bildirib. “Əvvəla, xalqımızı 7 iyun 2026-cı il seçkilərində qələbə münasibətilə təbrik etmək istərdim. Erməni xalqı dövləti, müstəqilliyi, gələcəyi, sülhü, Ermənistan Respublikasını müdafiə etmək üçün ayağa qalxdı. Və qeyd etməliyəm ki, üçbaşlı müharibə partiyası (Güclü Ermənistan bloku, Ermənistan bloku və Çiçəklənən Ermənistan Partiyası) məğlub oldu. Sözlərim və planlarım dəyişməyib. Bu qüvvələrin liderləri (Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Tsarukyan) qanuna uyğun olaraq məsuliyyət daşımalıdırlar. Onlar hər kəsə bəlli olan işlər üçün cinayət məsuliyyətinə cəlb olunmalı və cinayətkar oliqarxiyanın müsadirə edilməsi çox sürətli bir templə - qanunsuz aktivlərin müsadirə edilməsi, cinayət işləri, dövlət maraqlarının qorunması sistemi və ictimai maraqların qorunması sistemi vasitəsilə davam etməlidir. Nəticədə, bu siyasi qüvvələr siyasi qüvvələr deyil; onlar cinayətkar-oliqarxik sistemin nümayəndələridir və Ermənistanda fəaliyyət sahəsi olmamalıdır. Üçbaşlı müharibə casusu partiyası Ermənistandan silinməlidir. Siyasi sahədə biz bunu etməliyik”, - deyə Paşinyan bildirib.
Sülh müqaviləsi...
Qeyd edək ki, Paşinyan iyunun 7-də seçki bitdikdən sonra partiyasının qələbəsini qeyd etmək üçün qərargaha gəlib. O, seçki komissiyalarında fəaliyyət göstərən partiyadaşlarına və protokollara istinad edərək rəhbərlik etdiyi partiyanın qələbəsini elan edib. Ardınca mətbuat konfransı keçirən Paşinyan bildirib ki, son parlament seçkilərində erməni xalqı sülhə, regional inkişafa və əməkdaşlığa səs verib. “Ümid edirəm ki, həm Türkiyə, həm də Azərbaycandan müsbət cavab olacaq. Ermənistan və Azərbaycan arasında sülhü təsis etməliyik, həmçinin Türkiyə ilə sərhədimizi açmalıyıq - yəni Türkiyə sərhədi açmalıdır. Bundan əlavə, diplomatik münasibətlər qurmalıyıq. Yeri gəlmişkən, Ermənistan mallarının idxalı və ixracı üçün Axalkalaki-Qars dəmir yolunun açılması qərarına görə minnətdarıq. Türkiyə ilə münasibətlərimizdə çox yaxşı bir impulsumuz var, amma diplomatik münasibətlər qurmaq və tam açıq sərhədə nail olmaq üçün bu impulsu davam etdirməliyik”, - deyə Paşinyan qeyd edib. Baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıblar. “Biz onu imzalamalıyıq. TRIPP layihəsini mümkün qədər tez başlatmalıyıq ki, bu da region üçün dönüş nöqtəsidir. Bu, regionumuzun blokadasının aradan qaldırılması deməkdir və bu, çox böyük xəbərdir, çünki regionumuz çıxılmaz vəziyyətdən yol ayrıcına çevrilir”, - deyə o, bildirib.
Ermənistan həm Aİ, həm də Aİİ ilə münasibətləri davam etdirəcək...
Paşinyan Ermənistanın Avropaya inteqrasiya yolunu davam etdirəcəyini də qeyd edib. Brifinqdə deyib ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirəcək, eyni zamanda Avrasiya İqtisadi İttifaqında iştirakını və üzvlüyünü qoruyub saxlayacaq. Ölkəsinin Rusiya və digər Aİİ üzv dövlətləri ilə münasibətlərini inkişaf etdirməyə davam edəcəyini vurğulayan Paşinyan vurğulayıb ki, ölkəsi Aİİ Birliyi daxilində əlaqələrin möhkəmləndirilməsini mütləq təşviq edəcək.
MDB missiyası: seçkilər qanuna uyğun keçirilib
Ermənistandakı seçki prosesini müşahidə edən MDB müşahidə missiyasının rəhbəri Nurlan Seitimov bildirib ki, 7 iyunda Ermənistanda keçirilən parlament seçkiləri ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilib. “MDB müşahidə missiyası Ermənistan Respublikası Milli Məclisinə seçkilərin Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olaraq keçirildiyi, çoxpartiyalı olduğu, açıq və rəqabətli olduğu qənaətinə gəlir”, - missiya rəhbəri bazar ertəsi keçirilən mətbuat konfransında deyib.
Avropadan təbriklər...
Seçkilərdən sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi münasibətilə təbrik edib. Eyni zamanda, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ermənistandakı parlament seçkilərinin nəticələrini yüksək qiymətləndirərək, Aİ-nin islahatların həyata keçirilməsində Ermənistana kömək etmək üçün əlindən gələni etdiyini vurğulayıb. Avropa Şurasının prezidenti Antonio Costa da Ermənistanın Baş naziri Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi. Antonio Costa özünün “X” mikrobloqunda yazıb: “Erməni xalqı sülhə, sabitliyə və qonşuları ilə daha sıx əməkdaşlığa əsaslanan gələcəyə səs verdi. Əldə edilən nəticələrə görə Nikol Paşinyanı təbrik edirəm”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev və bir çox dövlət, hökumət başçıları da Paşinyanı qələbə münasibətilə təbrik ediblər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

