Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada polis əməkdaşına atəş açdıqdan sonra üç qızını girov götürən şəxs təslim olub

Almaniyada polis əməkdaşına atəş açdıqdan sonra üç qızını girov götürən şəxs təslim olub

03.06.2026 [20:17]

Almaniyanın Dortmund şəhərində polis əməkdaşına atəş açdıqdan sonra üç azyaşlı qızını girov götürərək mənzilə sığınan şəxs uzun sürən əməliyyatdan sonra təslim olub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Serbiya vətəndaşı olan şəxs ötən gecə restoranlardan birində iğtişaş törədib, ziyarətçiləri hədələyib və bibər qazından istifadə edib. Daha sonra o, hadisə yerindən uzaqlaşıb.

Polis yardım çağırışı əsasında gəldikdə şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına tapançadan atəş açıb. Güllə polis əməkdaşının qoruyucu jiletinə dəyib və nəticədə o, yüngül xəsarət alıb.

Bundan sonra həmin şəxs üç azyaşlı qızını mənzildə girov saxlayıb. Xüsusi təyinatlı qüvvələr binanı mühasirəyə alaraq danışıqlara başlayıblar. Gecə saat 03:30 radələrində şübhəli şəxs polisə təslim olub və saxlanılıb.

Girov götürülən uşaqların vəziyyətinin yaxşı olduğu, onların polis nəzarətinə götürüldüyü bildirilir.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31