Enerji siyasəti uğurla davam etdirilir
03.06.2026 [10:37]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycanın müstəqillik tarixində enerji sektoru ölkənin iqtisadi inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı ildən-ilə genişlənir. Avropa ölkələrinin Azərbaycan qazına tələbatı artmaqda davam edir. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi qaz təchizatında sabit və məsuliyyətli siyasət yürütməsinin nəticəsidir. Azərbaycan enerji sahəsində üzərinə götürdüyü bütün öhdəlikləri daim vaxtında və tam şəkildə yerinə yetirir. 2026-cı il iyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın beynəlxalq enerji sistemində oynadığı mühüm rolu, enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji hədəflərini diqqətə çatdırdı. Dövlət başçısının çıxışı ölkəmizin enerji siyasətinin uğurlarını və qlobal enerji əməkdaşlığında artan nüfuzunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev enerji keçidi məsələsinə də toxunaraq ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələri arasında balansın qorunmasının vacibliyini qeyd etdi. Dövlət Başçısı öz çıxışı zamanı bildirdi ki, Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Forum çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də yaşıl enerji keçidində regional liderə çevrilməkdədir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu platforma Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.
Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti uğurla davam etdirilir. Neft və qaz layihələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir.
Xəbər lenti
Hamısına baxGündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32

