Azərbaycan qlobal müstəvidə fəal investora çevrilmişdir
02.06.2026 [16:18]
Müasir dünya iqtisadiyyatının və geosiyasətinin mühüm dialoq platformalarından sayılan Bakı Enerji Həftəsi, öz təməlini və tarixi əsasını vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən strategiyası ilə reallaşdırılan Xəzər Neft və Qaz Sərgisindən götürmüşdür. Prezident İlham Əliyev cənabları açılış mərasimindəki çıxışında bu tarixi təkamül prosesinə xüsusi toxunaraq bildirdi ki, otuz il əvvəl əsası qoyulan bu sərgi müasir müstəqil Azərbaycanın enerji inkişafının və iqtisadi müstəqilliyinin bünövrəsini təşkil etmişdir. Zaman keçdikcə bu layihə təbii bir inkişaf yolu keçərək regional çərçivələri aşmış, əhatə dairəsini genişləndirmiş və bu gün qlobal miqyasda ən aktual mövzuların, irihəcmli investisiya müqavilələrinin müzakirə edildiyi möhtəşəm bir foruma çevrilmişdir. Dövlət başçısı builki tədbirin həm də rəmzi və çox mühüm bir yubileylə üst-üstə düşdüyünü vurğuladış
Azərbaycanın dünya miqyasında nümayiş etdirdiyi etibarlı tərəfdaşlıq imici və rəsmi Bakının təşəbbüskarı olduğu meqa-layihələrin qlobal çəkisi tədbir zamanı oxunan beynəlxalq təbrik məktublarında öz aydın ifadəsini tapdı.
Möhtərəm Prezidentimiz bu dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirərək vurğuladı ki, Azərbaycan tərəfindən həyata keçirilən layihələr həm Şərqlə Qərb arasında nəqliyyat və enerji dəhlizlərini genişləndirir, həm də dövlətlərarası siyasi və iqtisadi etimadı möhkəmləndirir. Bu gün Bakı, qlobal iqtisadi böhranlar fonunda belə, beynəlxalq müqavilələrin şərtlərinə tam riayət edən və tərəfdaşlarının çətin anlarında onların enerji dayanıqlığını təmin edən qlobal bir mərkəz statusundadır.
Cənab Prezident qeyd etdi ki, hamımız eyni planetin sakinləriyik, gələcək nəsillər üçün iqlimi qorumalı, daha təmiz və sağlam ətraf mühit yaratmalıyıq. Azərbaycan bu məsələdə birtərəfli və radikal yanaşmalardan uzaq duraraq, ənənəvi karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi ilə bərpaolunan enerji sahələrinin paralel inkişafını nəzərdə tutan unikal və balanslaşdırılmış iqtisadi inkişaf modelini dünyaya nümayiş etdirir.Ölkəmizin təbii qaz ehtiyatlarının zənginliyi həm daxili tələbatı, həm də ixrac coğrafiyamızı ən azı növbəti yüz il ərzində tam təmin etməyə imkan versə də, Azərbaycan dövləti gələcək inkişafını yaşıl enerji strategiyası üzərində qurur.
Dövlət başçısı açılış mərasimində xüsusi olaraq qeyd etdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla tətbiq edilən yaşıl enerji zonası modeli artıq öz səmərəsini verməkdədir və bu təcrübə genişləndirilərək Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur, bura yaşıl enerji zonası elan edilir. Bu nəhəng bərpaolunan enerji resursları daxili istehlakı tam ödəməklə yanaşı, gələcəkdə Xəzər dənizindən birbaşa Avropaya uzanacaq strateji yaşıl enerji kabelləri və elektrik ötürücü xətləri vasitəsilə beynəlxalq bazarlara ixrac ediləcəkdir. Bakı Enerji Həftəsinin builki açılış mərasimini digər beynəlxalq forumlardan fərqləndirən əsas amil, onun təkcə nəzəri müzakirələrlə deyil, həm də strateji əhəmiyyətli praktiki addımlarla müşayiət olunması oldu.
Azərbaycanın enerji siyasətində baş verən ən böyük keyfiyyət dəyişikliklərindən birini də diqqətə çatdırdı. Əgər otuz il əvvəl Azərbaycan özünün neft və qaz yataqlarını işlətmək üçün xarici sərmayələri və beynəlxalq investorları ölkəyə cəlb etməyə çalışan bir dövlət idisə, bu gün düzgün qurulmuş daxili və xarici iqtisadi siyasət sayəsində Azərbaycan artıq özü qlobal müstəvidə fəal investora çevrilmişdir
Yekun olaraq qeyd etmək istəyirəm ki, İlham Əliyev cənabları 2026-cı il 1 iyun tarixli çıxışı, Azərbaycan dövlətinin strateji vizyonunu və milli maraqlarını qlobal miqyasda qorumaq qətiyyətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.Azərbaycanı yaxın onilliklərdə də Avrasiyanın geosiyasi və iqtisadi xəritəsində əvəzedilməz, sabit və innovativ bir qlobal güc mərkəzi kimi saxlamağa davam edəcəkdir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

