Müstəqillik: Azərbaycanın qürur tarixi
26.05.2026 [11:21]
Azərbaycan xalqının tarixində 28 May xüsusi və qürurverici bir gündür. 1918-ci ilin məhz bu tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu tarixi hadisə xalqımızın azadlıq, milli dövlətçilik və müstəqillik arzularının gerçəkləşməsinin ilk böyük təntənəsi idi. Bu gün Azərbaycan Respublikasında Dövlət Müstəqilliyi Günü kimi böyük ehtiramla qeyd olunur.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın milli yaddaşında silinməz iz buraxdı. Həmin dövrdə dövlət atributlarının yaradılması, milli ordunun formalaşdırılması, ana dilinin dövlət dili elan edilməsi kimi mühüm addımlar atıldı. Lakin 1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan müstəqilliyini itirdi.
1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin ölkədə siyasi böhran, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə ağır və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini böyük təhlükələrdən xilas etdi.
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi və müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Ulu Öndər qeyd edirdi ki, müstəqilliyi qazanmaq qədər onu qorumaq da çətindir. Buna görə də o, güclü dövlət quruculuğunu, milli həmrəyliyi və hüquqi islahatları prioritet istiqamətə çevirdi.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirdi, Azərbaycanın dünya enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı. Dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün də uğurla davam etdirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, müstəqil dövlət kimi beynəlxalq arenada öz sözünü qətiyyətlə deyir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də məhz Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir.
28 May – Müstəqillik Günü yalnız bir tarix deyil, xalqımızın azadlıq iradəsinin, milli qürurunun və dövlətçilik əzminin simvoludur. Bu müqəddəs müstəqilliyin qorunmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsiz və danılmazdır. Azərbaycan xalqı bu böyük şəxsiyyətin dövlətçilik məktəbindən öyrənirik.
Bu gün Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.
Ulu Öndərimiz demişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və bizim qarşımızda duran ən böyük vəzifə - dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Emil Vəliyev
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

