/ / Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi
25.05.2026 [09:35]
Azərbaycan xalqının müstəqillik yolu mürəkkəb və şərəfli bir tarixə malikdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində xalqımızın qabaqcıl ziyalılarının, mütəfəkkirlərinin yaydığı milli oyanış və azadlıq duyğuları 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə nəticələndi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövlət quruculuğu, iqtisadiyyat, təhsil, ordu quruculuğu və beynəlxalq səviyyədə tanınma sahələrində çox böyük işlər gördü.
1920-ci ildə bolşevik işğalı nəticəsində müstəqilliyimiz 71 illik fasiləyə məruz qalsa da, xalqımız azadlıq əzmini itirmədi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə dövlətimiz yenidən müstəqilliyini bərpa etdi və özünü 1918-1920-ci illərdəki AXC-nin varisi elan etdi. Lakin yeni bərpa edilmiş müstəqilliyin ilk illəri ölkəmiz üçün ən çətin və böhranlı sınaq dövrünə çevrildi.
SSRİ-nin dağılmasından sonra tarixi torpaqlarımıza göz dikən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü gücləndi. Bununla yanaşı, ölkə daxilindəki siyasi sabitliyin olmaması, hakimiyyət uğrunda ayrı-ayrı qruplar arasında gedən mübarizə, xaos, hərc-mərclik və dərin iqtisadi böhran gənc dövlətimizin mövcudluğunu böyük təhlükə altına qoymuşdu. Azərbaycan vətəndaş müharibəsinin astanasında idi və anarxiya mühitindən istifadə edən düşmən torpaqlarımızın 20 faizini işğal etmişdi.
Məhz belə bir ölüm-dirim savaşında, xalqın və hakim dairələrin təkidli dəvəti ilə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi və hərbi həyatında köklü bir dönüş yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və fədakarlığı sayəsində Azərbaycan parçalanmaqdan xilas oldu və öz dövlətçiliyini qoruya bildi. Onun rəhbərliyi ilə milli mənafeləri qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması prosesi sürətləndi və 1994-cü ildə cəbhədə atəşkəs əldə olundu.
Siyasi və hərbi sabitliyin bərpası ilə yanaşı, Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi yüksəlişini təmin edən "neft strategiyası"nı irəli sürdü. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" ölkəmizə irihəcmli investisiyaların cəlb edilməsində, beynəlxalq güclərin diqqətinin Azərbaycana yönəlməsində və ən əsası, müstəqilliyimizin qarantına çevrilməkdə həlledici rol oynadı.
Bu gün Ulu Öndərin müəyyən etdiyi müstəqil və güclü dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin zirvəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində xalqımızın, dövlətimizin və Müzəffər Ordumuzun "bir yumruq" kimi birləşərək qazandığı tarixi Zəfər oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün işğaldan azad edilmiş müqəddəs Şuşamızda və digər ərazilərdə dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Bütün bu tarixi nailiyyətlər sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.
Gülnar Bəşirova – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Maliyyə şöbəsinin maliyyə sektorunun aparıcı məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

