Bakı 182 ölkədən 45 min insana qucaq açdı
20.05.2026 [10:56]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində cənab Prezident İlham Əliyev bəyan etdi ki, tədbirə dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tarixən Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayaraq, bu harmoniyanın ölkənin memarlığında və şəhərsalma modelində də əks olunduğunu bildirdi. Xüsusilə qədim İçərişəhərlə müasir Bakı arasında yaradılan memarlıq vəhdəti Azərbaycanın həm öz tarixi irsinə sadiqliyini, həm də müasir urbanizasiya çağırışlarına açıq olduğunu göstərir.
Dövlət başçısı qeyd etdi ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir. Son illərdə xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri isə nadir rast gəlinən genişmiqyaslı urbanizasiya layihələrindən biridir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı oldu. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərlər bu gün müasir standartlara uyğun şəkildə yenidən qurulur. Cəmi beş il ərzində bölgədə tunellərin, körpülərin, beynəlxalq hava limanlarının, məktəblərin, xəstəxanaların və yeni yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi və təşkilati potensialını nümayiş etdirir.
Bakı son illərdə beynəlxalq siyasi, humanitar və qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra bu proses daha da sürətlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji siyasət nəticəsində qlobal səviyyədə narahatlıq doğuran məsələlərin məhz Bakıda müzakirəsi üçün əlverişli və etibarlı platforma formalaşıb.
BMT çərçivəsində keçirilən COP29 və qısa müddət sonra təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda baş tutması yalnız klassik diplomatiya deyil, həm də ictimai və mədəni diplomatiya baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir.
Ümumdünya Şəhərsalma Forumu regionda və türk dünyasında ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu isə ölkəmizin artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm dialoq və əməkdaşlıq platforması kimi qəbul olunduğunu göstərir.
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçının təmsil olunması tədbirə olan yüksək marağın və Bakıya göstərilən beynəlxalq etimadın göstəricisidir. Onun sözlərinə görə, paytaxtın müasir infrastrukturu, yeni şəhərsalma layihələri, memarlıq nümunələri, mədəni potensialı və beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübə Azərbaycanın artıq bu istiqamətdə qlobal mərkəzlərdən birinə çevrildiyini nümayiş etdirir.
BMT platformalarında da “dövlət başçısı diplomatiyası”nın rolu xüsusi qeyd olunur və artıq dünya miqyasında belə bir etimad formalaşıb ki, Azərbaycan və onun rəhbərliyi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün təhlükəsiz, peşəkar və yüksək təşkilati imkanlara malik platforma təqdim etməyə qadirdir. Onun sözlərinə görə, Azərbaycan yalnız milli problemlərin həlli ilə kifayətlənmir, eyni zamanda qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə və çoxtərəfli əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
Dünya üzrə ümumi daxili məhsulun təxminən 60 faizi şəhərlərdə istehsal olunur. Eyni zamanda karbon emissiyalarının təxminən 70 faizi şəhərlərin payına düşür. Tikinti sektoru və tikililərin istismarı isə qlobal karbon emissiyalarının 34 faizini təşkil edir. Bu səbəbdən urbanizasiya, iqlim dəyişiklikləri, nəqliyyat, infrastruktur və dayanıqlı inkişaf məsələləri artıq bir-biri ilə sıx bağlı qlobal problemlərə çevrilib.
Hazırda dünyada 50-dən çox aktiv münaqişə ocağı mövcuddur və bu münaqişələr yalnız humanitar böhran yaratmır, həm də karbon emissiyalarını artıraraq iqlim dəyişikliklərinə mənfi təsir göstərir.
Cənab prezidentin dəq vurğuladığı kimi, Azərbaycanın müxtəlif bölgələrində sürətli şəhərsalma prosesləri həyata keçirilir və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi bu sahədə daha effektiv nəticələrin əldə olunmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

