İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisinin rəsmi açılışı olub
05.05.2026 [17:31]
Bu gündən İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərginin rəsmi açılış mərasimi keçirilib.
Ümumilikdə 400 min kvadratmetr sahədə təşkil edilən, 120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən artıq şirkət, 200 mindən çox ziyarətçi və 30 mindən çox sahə mütəxəssisi iştirak edir.
Azərbaycan tədbirdə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəhbərlik səviyyəsində təmsil olunur.
Sərgi çərçivəsində 30 mindən artıq görüş planlaşdırılır ki, bu da tədbiri nümayiş platformasından çıxararaq birbaşa biznesin inkişafı, təchizat zəncirinin uyğunlaşdırılması və strateji tərəfdaşlıqların qurulması məkanına çevirəcək. Sərgi çərçivəsində imzalanacaq ixrac müqavilələrinin həcminin ən azı 8 milyard dollara çatdırılması hədəfi qoyulub. Qeyd edək ki, “SAHA 2024”də bu rəqəm 6,2 milyard dollar olub.
Tədbirdə 203 yeni məhsulun təqdimatı və 164 imza mərasiminin keçirilməsi planlaşdırılır.
Yüksək texnologiyalı və innovativ məhsulların ilk dəfə qlobal ekosistemə təqdim olunacağı sərgidə pilotsuz quru nəqliyyat vasitələri və rover tipli sistemlər də xüsusi sahələrdə nümayiş etdiriləcək.
Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid platformalar da ziyarətçilər üçün açıq olacaq. Belə ki, dünyanın ilk SİHA gəmisi kimi tanınan “TCG Anadolu” başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər İstanbulun Ataköy Marina və Sarayburnu Limanında yerləşdiriləcək, yerli pilotsuz dəniz vasitələri sərgilənəcək.
Tədbirdə KOBİ-lərin qlobal bazarlara çıxışı və beynəlxalq əməkdaşlıqlara inteqrasiyası dəstəklənəcək.
Tədbirin daha bir əsas mövzu isə aerokosmik ekosistemidir. Bu məqsədlə xüsusi Kosmos Pavilyonu və “Space Dome” zonası yaradılaraq kosmik texnologiyalar daha geniş şəkildə nümayiş etdirilir.
Qeyd edək ki, Türkiyə müdafiə sənayesi şirkətləri yeni məhsulları ilə tədbirdə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

