“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi”
01.05.2026 [10:39]
17 ölkənin gəncləri Bakıda bir araya gəlib
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə aprelin 30-u və mayın 1-də Bakıda “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçirilir. Forumda 17 ölkədən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahələri üzrə mütəxəssislər, eləcə də gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak edirlər.
Tədbir çərçivəsində kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin rolu, beynəlxalq əməkdaşlıq və həmrəylik mexanizmlərinin gücləndirilməsi məsələləri müzakirə olunur. Eyni zamanda, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə öz müqəddəratını təyinetmə prosesinin dəstəklənməsi, dekolonizasiya məsələlərinin sürətləndirilməsi və bu istiqamətdə mövcud problemlər ətrafında fikir mübadiləsi aparılır. Həmçinin, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, eyni zamanda, etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə olunur.
BTQ-dən bildirilib ki, hazırda müstəmləkə idarəçiliyi altında yaşayan gənc nəsil bir sıra ciddi çağırışlarla üzləşməkdədir: milli və mədəni kimliyin zəiflədilməsi, tarixi yaddaşın məhv edilməsi, ana dillərində təhsil, yaradıcılıq və inkişaf imkanlarının məhdudlaşdırılması. Bununla yanaşı, məcburi miqrasiya, sosial bərabərsizlik, yoxsulluq, yüksək işsizlik səviyyəsi, keyfiyyətli təhsilə çıxış imkanlarının məhdudluğu həmin gəncləri siyasi qərarvermə proseslərindən kənarda saxlayır və ölkənin gələcək idarəçiliyindən məhrum edir. Üstəlik, təbii və iqtisadi resursların istismarı əhalinin normal yaşayışına, təhsilə və səhiyyəyə əlçatanlığına ciddi maneə törədir. Keçmiş müstəmləkə ərazilərindəki gənclər isə bu gün də müstəmləkəçiliyin yaratdığı tarixi, iqtisadi, sosial və ekoloji fəsadların ağır nəticələrini hiss etməkdədir. “Xüsusilə, həyata keçirilən nüvə sınaqlarının ağır təsirləri bu gün də gənc ailələrin sağlamlığını və gələcək nəsillərin rifahını zədələməkdədir. Keçmiş müstəmləkə güclərinin reparasiya, mədəni irs və tarixi dəyərlərin restitusiyası, habelə qanunsuz istismardan əldə edilmiş gəlirlərin kompensasiyası məsələlərindən yayınmaqda davam etməsi Belçika və Niderland nümunəsində müşahidə edildiyi kimi tarixi ədalətin bərpasını ləngitməkdədir”, - məlumatda qeyd olunub.
Forumun ilk günündə - 30 apreldə tədbir iştirakçıları tanışlıq proqramı çərçivəsində ADA Universitetində olublar. Qonaqlar universitetin kampusu ilə tanış olub, burada yaradılan müasir tədris və tədqiqat mühiti barədə məlumatlandırılıblar. Universitetin əməkdaşları tərəfindən təhsil ocağının fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və həyata keçirilən akademik proqramlar barədə ətraflı təqdimat edilib.
Forum iştirakçıları daha sonra 7 saylı “ASAN xidmət” mərkəzinə gəliblər. Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, vətəndaşlara göstərilən xidmətlərin operativliyi və şəffaflığı, eləcə də sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, milli brendə çevrilmiş “ASAN xidmət” modeli bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də maraq doğurur. Bu intellektual məhsulun ixracı istiqamətində artıq 30-dan çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq sənədləri imzalanıb.
“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda Beynəlxalq Gənclər Forumunun iştirakçıları 1 saylı DOST Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Qonaqlara əvvəlcə mərkəzdə yaradılan iş mühiti və tətbiq olunan xidmət prinsipləri ilə bağlı məlumat verilib. Daha sonra onlar DOST modelinin mahiyyəti, təqdim etdiyi xidmətlər və idarəetmə mexanizmləri barədə ətraflı məlumat alıblar. Qeyd edilib ki, hazırda DOST mərkəzlərində 162 xidmət təqdim olunur və bu xidmətlərin 99 faizi rəqəmsallaşdırılıb. Bu isə xidmətlərə çıxışın zaman və məkan məhdudiyyətlərindən asılı olmamasını təmin edir. Vətəndaşlar xidmətlərdən mərkəzlərdə birbaşa müraciət, mobil xidmətlər, onlayn platformalar və çağrı mərkəzləri vasitəsilə yararlana bilirlər.
Vurğulanıb ki, xidmətlərin keyfiyyətinin təmin edilməsi məqsədilə ümumi keyfiyyət idarəetməsi prinsipləri tətbiq olunur və bu istiqamətdə “Dose Canvas” qiymətləndirmə alətindən istifadə edilir. Bu mexanizm xidmətlərin effektivliyinin ölçülməsinə və davamlı təkmilləşdirilməsinə imkan yaradır.
Forum iştirakçılarının DOST modelinə göstərdiyi maraq Azərbaycanın sosial xidmətlər sahəsində əldə etdiyi innovativ təcrübənin beynəlxalq səviyyədə paylaşılmasının əhəmiyyətini bir daha nümayiş etdirir.
Forum iştirakçısı, “Sigh Federation Canada” təşkilatının marketinq və ictimaiyyətlə əlaqələr üzrə direktoru Akashdeep Singh bildirib ki,tarixi baxımdan zülm və işğala qarşı mübarizə apararaq müstəqillik əldə etmiş bir ölkə kimi Azərbaycan belə dialoqlar üçün uyğun bir platformadır. O, qeyd edib ki, Afrika və digər koloniyalaşdırılmış ölkələrə yaxınlığı, həmçinin Avropa İttifaqına və digər regionlara çıxış imkanları Azərbaycanı mərkəzi bir əlaqə nöqtəsinə çevirir: “Bundan əlavə, ölkənin bu cür müzakirələrə açıq və dostyana yanaşması da Azərbaycanın seçilməsində vacib amildir”.
Forum iştirakçısı, Kabuntu təşkilatının sədri Katambara Romain isə deyib ki, Bakı Təşəbbüs Qrupu müstəqillik ideyalarını dəstəkləyir: “Reunion adasından gəlməyim mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu ada hələ də Fransa müstəmləkəsi olaraq qalır”. O, forumun nəticəsi olaraq Afrika və Azərbaycanda yaşayan gənclər arasında şəbəkələşmənin formalaşacağına inandığını söyləyib: “Bu cür əlaqələr gələcəkdə ölkəmizin həqiqi müstəqilliyinin əldə olunmasında mühüm rol oynaya bilər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

