/ / Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...
19.04.2026 [14:32]
Antalya Diplomatik Forumunun ən önəmli nəticələrini, məncə, Forum çərçivəsində keçirilmiş ikitərəfli görüşlərdə axtarmaq daha real yol olardı...Bu mənada prezident İlham Əliyevin görüşləri maraqlı görüntü və məzmun daşıyır. Bu sırada İlham Əliyevin Moldovanın, Suriyanın, Şimali Kiprin prezidentləri ilə və digər görüşləri qeyd edilməlidir. Məsələ budur ki, İlham Əliyev bu görüşlərlə həm bu ölkələrin özlərinə, həm də bütün dünyaya aydın mesajlar verdi…
1- ci mesaj - Dünyanın özünün bütünlüklə "köhnədən yeni düzənə keçid" yaşadığı indiki şəraitdə çox vacibdir ki, hər bir ölkə dünyada baş verən proseslərə özünün müstəqil, kimsədən asılı olmayan azad mövqeyini ifadə etsin, eyni zamanda, hər bir ölkə bütün münaqişələrə özünün aydın mövqeyini göstərsin. Dünyanın qarşıdakı mənzərəşi və düzəni hələlik qeyri-müəyyəndir. Kim bilir ki, yeni düzən hansı ölkə və ya ölkələr qrupunun himayəsi altında yaranacaq. Dünyanın özü bir keçid nöqtəsində olduğu bir yana, bir qrup ölkələr də dövlət olaraq daxili və xarici siyasətdə keçid nöqtəsindədir.
İlham Əliyevin başçıları ilə görüşdüyü ölkələr dəyişməkdə olan dünyada özləri də keçiddə olan ölkələrdir. Əliyevin qiymətli mesajının mahiyyəti budur ki, keçid dövrü yaşayan bu ölkələrə laqeydlik əsla yolverilməzdir və yeni dünya düzəninin daha uzunömürlü və ədalətli olması hazırda keçid dövrü yaşayan dövlətlərə nə qədər həssas münasibət göstərilməsindən asılı olacaq.
2- ci mesaj Moldovanın, Şimali Kiprin və Suriyanın hazırkı axtarışlarının nə qədər vacib olduğuna diqqət çəkməkdir. Məsələn, Suriya xaosdan, diktaturadan və Rusiyanın forpostluğundan yenicə çıxmış ölkədir. Məntiqlə, onun axtarışları nə yeni diktatura, nə yeni xaos, nə də yeni forpostluqdur. Bəs nədir? Məhz bu suala cavab axtarışlarında Suriyanın yanında olmaq gərəkdir. Əliyev məhz bunu edir...
Moldova separatizm bəlasından hələ qurtulmayıb, MDB-dən və Rusiyadan təzəcə ayrılıb, Avropaya inreqrasiya etməyə can atır...Prezident Maya Sandunun hədəfləri məlumdur ...Dövlət öz iradəsi ilə müstəqil və süveren şəkildə yürümək istəyir. Bu yolda onu başa düşmək və haqq mübarizəsinə anlayışla yanaşmaq üçün yanında olmaq gərəkdir...İlham Əliyev məhz bunu edir...
Şimali Kipr ən mürəkkəb axtarışda olan ölkədir.
Bu xalq böyük fəlakətlərdən keçib, haqqı hələ tanınmaylb. Dağılmaqda olan ədalətsiz dünya düzəninin ən utancverici miraslarından biri Şimali Kiprin haqqına qeyri-insani və hüquqsuz yanaşmadır. İlham Əliyev Şimali Kiprin dünya ilə süveren inteqrasiyasına əməli olaraq ən ardıcıl və təşəbbüskar yanaşan bəlkə yeganə dövlət başçısıdır. Əliyev ilk dəfə Şimali Kiprin ümumtürk inteqrasiyasında müstəqil iştirak etmək yolunu açdı. Bunu Türkiyə yox, İlham Əliyev edib. Yeni dünya düzənində Şimali Kiprin haqqının layiq olduğu səviyyədə tanınması labüddür və İlham Əliyevin Kipr prezidenti ilə görüşü bu yolda dünyaya verilən ən net nesaj sayıla bilər. Təsəvvür edin ki, Forumda iştirak edən bütün dövlət başçıları Şimali Kipr prezidenti ilə məxsusi görüşsəydi, bunun dünyaya necə böyük təsirləri ola bilərdi...
Sonda onu deyək ki, Antalya Forumu bu kimi prinsipial nüansları ilə dünya proseslərinə daha təsirli töhfələr verə bilər...
Azərbaycan prezidentinin Forum panellərində məxsusi məruzə ilə çıxışı (əgər olacaqsa) belə nüanslardan biri kimi çox potensiallı görünür... Çünki Forumun adında dünyanın sabahının qeyri- müəyyən olduğuna doğru bir eyham var. Danmaq olmaz ki...Dünyanın sabahı çox qaranlıqdır. Bu qaranlığa ən səmərəli aydınlığı gətirə biləcək şərtlərdən birincisi odur ki, indi hər kəsin mövqeyi aydın olsun, "nala-mıxa döyməsinlər", hamı bugünkü problemlərə mövqeyini aydın və " kişi kimi" açıq desin...Bu gün nə qədər çox sayda dövlət başçıları öz fikrini açıq desə, dünyanın sabahı bir o qədər tez aydınlaşar...
Aydın Quliyev
Xəbər lenti
Hamısına baxGündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17

