İmişlidə akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib
15.04.2026 [15:54]
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Səyyad Aran, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanov, tibb işçiləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, onun Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələr əvəzsizdir. Bildirilib ki, akademikin ən böyük xidmətlərindən biri də Prezident İlham Əliyevin formalaşmasında oynadığı mənəvi və ailəvi rol olmuşdur.
Milli Məclisin deputatı Səyyad Aran çıxışında Zərifə Əliyevanı peşəkar həkim və ictimai xadim kimi yüksək dəyərləndirib. Onun insanlara göstərdiyi qayğı, humanist yanaşma və tibb sahəsindəki xidmətlərinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb.
“İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Şahin Qurbanov çıxışında qeyd edib ki, 1981-ci ildə akademik Zərifə Əliyeva oftalmologiya sahəsində apardığı elmi tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş və bu mükafata layiq görülən ilk qadın olmuşdur.
Daha sonra çıxış edən həkimlər İlkin Quliyev, Niyaməddin Abdullayev və Zeynab İsmayılova bildiriblər ki, Zərifə Əliyeva öz peşəkarlığı, humanist keyfiyyətləri və elmi fəaliyyəti ilə Azərbaycan tibb elminə böyük töhfələr verib, xalqın dərin hörmətini qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

